Musiqi sahəsində uğurlarına görə Nesli Özsoy “Meslek Onur Ödülü” ilə təltif olundu
29-mar, 19:31 9 Gündəm / Şou biznes
Musiqi dünyasında həyata keçirdiyi uğurlu layihələr və sənət sahəsinə verdiyi töhfələrə görə tanınmış sənətçi Nesli Özsoy Meslek Onur Ödülü ilə təltif olunub.
Məlumata görə, mükafat ona beynəlxalq platformada fəaliyyət göstərən Oksana Kuznetsava tərəfindən təqdim edilib. Bu nüfuzlu mükafat sənətçinin uzun illər ərzində göstərdiyi peşəkarlıq, yaradıcılıq fəaliyyəti və musiqi sahəsində qazandığı nailiyyətlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Qeyd edək ki, Nesli Özsoy musiqi sahəsində fərqli layihələri və özünəməxsus ifa tərzi ilə seçilərək geniş dinləyici auditoriyasının rəğbətini qazanıb. Ona təqdim olunan Meslek Onur Ödülü sənət yolunda qazandığı uğurların növbəti təsdiqi hesab olunur.
Sənətçinin bundan sonra da yeni layihələrlə musiqi sevərləri sevindirəcəyi gözlənilir.
Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri






