Şəhid Ağamirzə Gülməliyev: 18 yaşlı cəsur döyüşçü
08-mar, 17:51 206 GündəmŞəhid Gülməliyev Ağamirzə Ağabəy oğlu 2 aprel, 2002-ci ildə Qaradağ rayonunda dünyaya gəlib.
2020-ci il, iyulun 6-da hərbi xidmətə çağırılıb. Goranboy rayonu istiqamətində döyüşüb.
1oktyabr,2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Gülməliyev Ağamirzə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Gülməliyev Ağamirzə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Gülməliyev Ağamirzə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Fərid Faiqoğlu
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İB-nin mətbuat katibi