Migel Dias-Kanel: "İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər"

Migel Dias-Kanel: İstefamla bağlı qərarı yalnız Kuba xalqı verə bilər
"ABŞ hakimiyyəti Kubaya qarşı düşmənçilik siyasəti yürüdür və Havanaya heç nəyi zorla qəbul etdirə bilməz".
 Oxu.Az NBC-yə istinadən xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel deyib.
 "Rəsmi Vaşinqton mənim istefamı tələb etmək hüququna malik deyil. Dövlət başçısı postunda qalıb-qalmayacağıma yalnız ölkə sakinləri qərar verə bilərlər. Kuba xalqı mənim vəzifələrimi yerinə yetirə bilmədiyim qənaətinə gələrsə, prezident postunu tərk edəcəyəm. Lakin ABŞ bizə heç nəyi zorla qəbul etdirə bilməz", - deyə ölkə lideri bildirib.
 Kuba liderinin istefasının ABŞ lideri Donad Tramp üçün simvolik bir qələbə olacağı iddia edilir.