Bu gün WUF13-ün bağlanışı olacaq


Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.
Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək  şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.