HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-may, 17:41 15 Gündəm / Sosial
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursu və Mehriban xanım Əliyevanın aparıcı rolu geniş müzakirə olundu
Haqq Ədalət Partiyası (HƏP) İdarə Heyətinin növbəti iclası partiyanın Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192 ünvanında yerləşən Mərkəzi qərargahında keçirilib. İclası giriş sözü ilə açan Əli İnsanov gündəlikdə duran məsələlərin mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını bildirib.
İclasın əsas mövzularından biri HƏP-in 16 may 2026-cı il tarixində keçirilmiş “Azərbaycanı regionun lider dövlətinə çevirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aparıcı rolu” mövzusunda seminar-müşavirəsinin hesabatı olub.
Çıxışı zamanı Əli İnsanov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlətçilik siyasətinin ölkənin bütün sahələrində dinamik inkişaf yaratdığını vurğulayıb. O qeyd edib ki, Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, “Böyük Qayıdış Proqramı”nın uğurla icrası dövlət başçısının siyasi iradəsinin nəticəsidir.
HƏP sədri eyni zamanda Mehriban Əliyevanın dövlət idarəçiliyində, sosial-iqtisadi layihələrin həyata keçirilməsində və humanitar sahədə gördüyü işlərin xüsusi əhəmiyyət daşıdığını bildirib. Əli İnsanov qeyd edib ki, Qarabağ İqtisadi Zonasında həyata keçirilən bərpa və yenidənqurma layihələrində, eləcə də Bakı şəhərində son illər ərzində aparılmış abadlıq və quruculuq işlərində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti və estetik zövqü özünü açıq şəkildə göstərir.
Mövzu ətrafında çıxış edən HƏP Sədrinin birinci müavini Fərrux Binnətzadə, partiya funksionerləri Emil Mehdiyev, Rəşad Məhəmmədov, Nazilə Abbaslı, Bela Davudova, Eyvaz Əliyev, Azər Salmanov və digər çıxışçılar Prezident İlham Əliyevin siyasi kursunun ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndiriblər.
İclasda təşkilati məsələlər də müzakirə olunub. HƏP Nizami Rayon Təşkilatının sədr müavini vəzifəsinə partiyanın fəal üzvü, HƏP Qadınlar Şurasının Məclis üzvü Arifə xanım Qasımovanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra İdarə Heyətinin qərarı ilə Arifə Qasımova sözügedən vəzifəyə təsdiq edilib.
Gündəlikdə duran digər məsələ isə HƏP-in 2026-cı il fəaliyyət proqramına uyğun olaraq Gəncə Regional Mərkəzində keçiriləcək geniş müşavirəyə hazırlıq olub. Çıxış edən Rəşad Məhəmmədov və Elçin İsmayılov iyun ayında keçiriləcək tədbirin təşkilati məsələləri barədə məlumat veriblər.
Müzakirələrin yekununda qərara alınıb ki, “Azərbaycanı regionun lider dövlətinə çevirmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aparıcı rolu. Mərhələlər, faktlar və dəlillər” mövzusunda geniş müşavirə 20 iyun 2026-cı il tarixində Gəncə şəhərində keçirilsin.
Tədbirin təşkilati işlərinə rəhbərlik HƏP Sədrinin birinci müavini Fərrux Binnətzadəyə həvalə olunub.
Məlumat HƏP-in Mətbuat xidməti tərəfindən yayılıb.
İclasın günəliyini olduğu kimi dərc edirik:
HAQQ ƏDALƏT PARTİYASI İDARƏ HEYƏTİNİN İCLASI
G Ü N D Ə L İ K :
1) HƏP - in 2026 - cı il may ayının 16 - da "AZƏRBAYCANI REGİONUN LİDER DÖVLƏTİNƏ ÇEVİRMİŞ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN SİYASİ KURSUNUN UĞURLA HƏYATA KEÇİRİLMƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE - PREZİDENTİ MEHRİBAN XANIM ƏLIYEVANIN APARICI ROLU" mövzuda keçirilmiş seminar - müşavirənin hesabatı.
Məruzəçilər : HƏP Sədrinin 1-ci müavini Fərrux Binnətzadə, HƏP İdarə Heyətinin üzvü, HƏP Zaqatala Rayon Təşkilatının sədri Azər Salmanov (onlayn).
2) HƏP Nizami Rayon Təşkilatının sədr müavini vəzifəsinə yeni namizədin təsdiqi.
Məruzəçi: HƏP İdarə Heyətinin üzvü, HƏP Nizami Rayon Təşkilatının sədri Eyvaz Əliyev.
3) HƏP - in 2026 - cı il fəaliyyət proqramına uyğun olaraq, Gəncə Regional Mərkəzində keçiriləcək müşavirəyə hazırlıq məsələləri.
Məruzəçilər: HƏP Mərkəzi İcra Aparatının rəhbəri Rəşad Məhəmmədov və HƏP İdarə Heyətinin üzvü, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri Elçin İsmayılov (onlayn).
İclası giriş sözü ilə açan Əli İnsanov aşağıdakıları söylədi :
Prezident İlham Əliyev ilk dəfə prezident seçilərkən xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirmişdir.
Ölkəmizdə bütün sahələrdə islahatların, davamlı iqtisadi inkişafın, böyük quruculuq işlərinin və nəhayət Prezident İlham Əliyevin müəllifi olduğu "Qarabağa Böyük Qayıdış Proqramının" uğurla həyata keçirilməsində Prezidentlə çiyin - çiyinə fəaliyyət göstərən Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini dilə gətirdi.
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və fasiləsiz nəzarəti ilə Qarabağ İqtisadi Zonasında inşa edilmiş, yaxud da gözoxşayan bərpa işləri aparılmış inzibati binalar, universitet, məktəblər, tibb ocaqları, məscidlər, mehmanxanalar, məişət obyektləri, parklar, yollar və tarixi - mədəni abidələrin həyata keçirilməsində Mehriban xanım Əliyeva təvazökarlıq edib dilə gətirməsə də bu işlərdə onun öz yüksək zövqü ilə iştirak etməsindən danışdı.
Eyni fikirləri paytaxtımız Bakıda son 20 il ərzində yüksək zövqlə qurulub bərpa edilmiş dəniz kənarı Bulvar, Flarmoniya bağı, şəhərimizin çoxsaylı parkları, küçə və prospektləri, bərpa edilmiş bina və saraylar haqqında da söyləmək olar.
Bu illər ərzində deyilənlər ölkə boyu bütün şəhər və rayonlarımızda da uğurla həyata keçirilmiş "Regionların inkişaf proqramına" da aiddir.
Mehriban xanım Əliyevanın dövlət quruculuğunda, dövlətin idarə olunma sistemində, geniş islahatların həyata keçirilməsində və nəhayət Prezident İlham Əliyevin qəbul etdiyi iqtisadi - sosial proqramların icra olunmasında dövlət qurumlarına effektli rəhbərlik etməsini Əli İnsanov xüsusi vurğuladı.
Bütövlükdə, Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın xidmətlərinin danılmaz olduğunu bildirdi.
Sonra söz alaraq Fərrux Binnətzadə, Emil Mehdiyev, Rəşad Məhəmmədov, Nazilə xanım Abbaslı, Bela xanım Davudova, Rəşad Abbaslı, Əmir Çıraqəliyev, Eyvaz Əliyev, Bəhram Mehdiyev, Azər Salmanov (onlayn), Samir Nəsirov, Zeynal Həmidov, Babək Adıgözəlov, Məhərrəm Cəfərov, Məmməd Vəliyev mövzu ətrafında söylənən fikirləri dəstəklədiklərini bildirdilər.
Gündəlikdəki ikinci məsələ ilə bağlı Eyvaz Əliyev HƏP Nizami Rayon Təşkilatının sədr müavini vəzifəsinə təcrübəli qələm sahibi, partiya quruculuğunda və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərən, HƏP Qadınlar Şurasının Məclis üzvü, partiyadaşları arasında yaxşı nüfuz qazanmış Arifə xanım Qasımovanın namizədliyini irəli sürdü.
Çıxış edənlər müsbət fikirlər söylədilər və İdarə Heyəti səsvermə yolu ilə Arifə xanım Qasımovanı HƏP Nizami Rayon Təşkilatının sədr müavini vəzifəsinə təsdiq etdi.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı çıxış edən Rəşad Məhəmmədov və Elçin İsmayılov (onlayn) HƏP - in 2026 - cı il fəaliyyət proqramına uyğun olaraq, iyun ayında HƏP İdarə Heyətinin üzvləri və Gəncə Regional Mərkəzində regiona daxil olan şəhər və rayon təşkilatlarının nümayəndələrinin iştirakı ilə
"AZƏRBAYCANI REGİONUN LİDER DÖVLƏTİNƏ ÇEVİRMİŞ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN SİYASİ KURSUNUN UĞURLA HƏYATA KEÇİRİLMƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE - PREZİDENTİ MEHRİBAN XANIM ƏLIYEVANIN APARICI ROLU. MƏRHƏLƏLƏR. FAKTLAR VƏ DƏLİLLƏR"
mövzusunda geniş müşavirənin keçirilməsini təklif etdilər.
Məruzəçi : HƏP Sədri Əli İnsanov.
İdarə Heyəti müzakirələrdən
sonra tədbirin cari ilin iyun ayının 20 - də saat 14:00 - dan - 18:00 - a qədər Gəncə şəhərində keçirilməsini qərara aldı.
Təşkilatı işlərə rəhbərlik müvafiq partiya qurumlarının iştirakı ilə HƏP Sədrinin 1 - ci müavini Fərrux Binnətzadəyə tapşırıldı.
HƏP - in Mətbuat xidməti.
24 May 2026 - cı il.










Ulusestv.az




