Çağdaş ədliyyə uğurlarını Ümummilli Lider Heydər Əliyevə borcludur

Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.

Heydər Əliyevin bütün dolğun həyatı, tükənməz fəaliyyəti, parlaq şəxsiyyəti, zəngin irsi və ümumən ona məxsus nə varsa, hamısı Azərbaycan xalqı üçün çox dərin bir örnək nümunəsidir. Bu bir həqiqətdir ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, ölkəni inkişafa, firavanlığa doğru addımlayan dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. O, bir siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və müasr tarixini öz əlləri ilə yazdı. Bu şəxsiyyət ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oyanyıb ki, bu, əsrlər boyu unudulmayacaq, çünki Azərbaycanın hər yerində onun quruculuq fəaliyyətinin silinməz izləri vardır. 

Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir.  

“Heydər Əliyev İli” ilə əlaqədar təsdiqlənən Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəlidir.  Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə bu il bölgələrdə olduğu kimi, Bakı şəhərində   də   vətəndaşlar üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günləri keçiriləcək. 

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində vətəndaşların xahişi ilə yeni ailə həyatı quran gənclərin nikahının, yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli şəkildə qeydiyyat mərasimləri keçiriləcək, onlara müvafiq doğum haqqında şəhadətnamələr təqdim olunacaq. 

“Heydər Əliyev İli”nə təsadüf edən  doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini yeni ailə quranlar və yeni dünyaya gələn körpələrin valideynləri həyatlarının ən xoş anları kimi daim xatırlayacaqlar.  Bu yenilik  ümummilli liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olacaq. 

“Heydər Əliyev İli”   müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacağına əminlik yaradır. 

Ədliyyə işçiləri olaraq hər birimiz əminik ki, “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı  dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir, müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. 

Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir. 

“Heydər Əliyev İli”nə təsadüf edən  doğumun təntənəli qeydiyyatı mərasimlərinin vətəndaşları üçün ədliyyə fəaliyyəti ilə bağlı qəsəbələrdə də “Açıq qapı” günləri keçirilir. Yeni ailə həyatı quran gənclərin nikahlarının və yeni dünyaya gələn uşaqların doğumlarının Heydər Əliyev Mərkəzində təntənəli qeydiyyatı mərasimləri keçirilir, onlara müvafiq şəhadətnamələr təqdim edilir.

Mərhum lider Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüs bu gün də layiqli şəkildə davam etdirilir.

Ulu öndər Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri,  dahi rəhbərin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə örnəkdir.   

Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.



Maral Həsənova

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nizami rayon qeydiyyat şöbəsinin rəisi