ZAMƏDDİN ZİYADOĞLU – 76


Çağdaş poeziyamızın şəhdi-şəkər dillə desəm, hal-əhval "brend"i “Həncərisən, həncəri”  şeirinə 66 nəzirə yazılmış ünlü şair dostum Hacı Zaməddin Ziyadoğlunu dünya  gəldiyi gün, ömür təqviminin  yeni ili  münasibətilə, "Ağrın alem, həncərısən" “ilməli   nəzirə-çələngimlə qutlayıram.

"Ağrın alem, həncərisən"?..
Şəhdi-şəkər dillə desəm:
Bal Zaməddin Ziyadoğlu,
Şövkətinə, şair, əhsən!

"Ağrın alem, həncərisən"?..
İlham pərin deyil küsən...
Sözə oldun hayıl-mayıl,
Misralrda şeir busən...

"Ağrın alem, həncərisən"?..
Könül istər tez-tez görsən.
Sən ki  bir ruh, söz adamı,
Gözüm üstə, hər nə desən...

"Ağrın alem, həncərisən"?-
 Əhvalımı sorub - bilsən...
Tapdıq deyər duaçıyam,
Sazlı-sözlü bir aləmsən ...

✍️ Tapdıq ƏLİBƏYLİ