Prezident Azərbaycan-Tacikistan birgə Hökumətlərarası komissiyası ilə bağlı Sərəncam imzaladı


“Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamına dəyişiklik edilib.
President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
“Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 75; 2009, № 1, maddə 17, № 9, maddə 734; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2020, № 3, maddə 260; 2022, № 5, maddə 531) 1-ci hissəsində “Kənd Təsərrüfatı” sözləri “ekologiya və təbii sərvətlər” sözləri ilə əvəz edilsin”.