BAK rəhbərliyi və QHT nümayəndələri arasında əməkdaşlıq müzakirə edilib
23-avq, 12:31 21 Gündəm / Sosial
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Elsevər Məmmədov, Dayaq Təşkilatının sədr müavini və BAK-ın Azərbaycan üzrə koordinatoru Məcid Məmmədov, BAK-ın baş məsləhətçisi Lamiyə Babayeva və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə ilə görüş keçiriblər.
Görüş zamanı QHT və diaspor sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fikir və təcrübə mübadiləsi barədə müzakirələr aparılıb, gələcək əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda BAK adından “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edilib, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.






