"Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO


"Qanun və İcra” proqramı hər həftənin  şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"- nin efirində nümayiş   olunur. 
15.04.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 240-ci maddələri “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi ilə əlaqədar cinayətlər” və “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlanma, istehsal etmə, əldə etmə, saxlama daşıma, göndərmə və ya satma” mövzuları baradə fikir mübadiləsi aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik: 
 
1. Mirzə Xankişiyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                


2. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. 
 


3. İlkin Xəlilov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                           
 

4. Adəm Məmmədov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə proqramın tam videosunu təqdim edirik. 
 
 Yeganə Telmanqızı 
  “XeberTıme.az”