“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
23-noy, 17:05 3 Gündəm / Sosial
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” üzrə qrant müsabiqəsi çərçivəsində Fatimə Quliyevanın rəhbərliyi ilə həyata keçirilən “Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi, onların əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər keçirilib.
Təlim proqramı müddətində iştirakçılara “Şəxsi inkişaf və gələcəyin bacarıqları”, “Karyera planlaması, CV və əşğulluq”, “Rəqəmsal bacarıqlar və müasir iş alətləri”, “Komanda işi, layihələrin hazırlanması və effektiv təqdimat” mövzularında nəzəri və praktiki biliklər təqdim olunub.
Təlimlər zamanı iştirakçılar interaktiv müzakirələrə, praktiki tapşırıqlara və komanda fəaliyyətlərinə cəlb olunaraq əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Ümumilikdə 4 təlimdən ibarət proqramın yekununda layihəni uğurla tamamlayan iştirakçılar sertifikatlarla təltif olunublar.
Xezertv.info













