Ramazan bayramınız mübarək!


Bizim Nizami müəllim! Siz, nəinki Azərbaycanın, bütün Türk dünyasının şərəf, ləyaqət, intellekt nümunəsisiniz. Zəngin mənəvi aləminiz, təvazökarlıqdan doğan səmimiyyətiniz, hamıya doğmalıq hissi ilə yanaşmanız, bizləri – Sizi sevənləri çox xoşbəxt edir. Siz həmişə bir təpər, bir dağsınız. Güvəndiyimiz dağımız – Nizami müəllimimiz. Atalarda deyilən kimi yox, sizə də qar yağarmış. Siz bu imtahandan layiqincə çıxan əzizimizsiniz. Nizami müəllim, doğmalarınızla, əzizlərinizlə, sevdiklərinizlə, dəyərli kollektivinizlə Sizin müqəddəs Ramazan bayramınızı təbrik edirik. Savabları ilə adını, soyadını göylərə qaldıran Nizami müəllimimiz.

Xoş arzularla,
Hürü Hacızadə
“Qızıl Qələm” mükafatçısı, yazıçı-publisist,
“Siyasət və Gerçək Uğur” jurnalı, “Xezertv.info” və “Arasdırma.com” informasiya agentliklərinin direktoru.

Fərid Faiqoğlu
“Qızıl Qələm” mükafatçısı, Azərbaycanın igid oğullarının ölməz ruhuna həsr olunmuş silsilə layihələrin, hal-hazırda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ərsəyə gələcək “Vətənim kimiyəm” layihəsinin rəhbəri,
Ehtiyatda olan zabit