Göy üzündən yerlər uzaq görünər, yerdəkilər göyə doğru sürünər
21-apr, 17:21 140 Gündəm / CəmiyyətUca məqamlarından bizə baxanlarımız, ordan Vətən necə görünür?! Bu müqəddəs ayın ən böyük mükafatı Sizlərindi, bizim şəhid qardaşlarımız. Bu dünyanın əziz qonaqları bayramınız mübarək, əbədiyaşar qəhrəmanlarımız.
Kişi ömrü... Kitabdan qısa nümunə
Mənim şəhid qardaşım...
Oğlum, ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Övladdan doymamış, onu öpməmiş,
Həsrəti qəlbində, bir ata yatır...
Kəfənini boğazında daşıyan, sinəsini səngər edən, öz səngərində yaşayan, qan bir qardaş, vətən daşı, ocaq daşı, Poladın, Şükürün, Turalın, Əliyarın, Muxtarın, Mübarizin, Vüsalın, Həmidağanın, Kamilin... 3085 ++ əqidə daşı Fərid Mehbalı, Fərid Kəamləddin oğlu Mehbalıyev. Bu misralar şəhidimiz vətənimin qəhrəman balası Fərid Mehbalıya yazdığımız elegiya – mərsiyədəndir. Tabutu önündə ruhun, qəlbin hönkürtüsündən, hövlündən, üsyanından eləcə oaradaca içimizə axan cümlələr idi. “Tikanlı məftillərlə sarınmış yaralara” məlhəm şəhidlərin varlığına, Tanrımıza yönələn şükranlardı. Onlar bu dünyada “Vətəndən pay olmaz” sözünü deyənlərdi! Sözləri əməlləri ilə üst-üstə düşənlərdi, deyib və edənlərdi. Onun, Fərid Mehbalıyevin – Vətən fədaisinin, mübarizə qəhrəmanımın, əvəzsiz (özlüyündə hər bir şəhid əvəzolunmazdı) vətən mücahidinin itkisindən – havasından doğulan ruhla yazılan bu yazı, həm də onun itkisindən yaranan iztirabların soyumayacağından, bitməyəcəyindən kükrəyən ruh üsyanının izharıdı...
Davamı var...
Zəruri giriş: Fərid Mehbalı 1994-cü il yanvarın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Səttar Mehbalıyevin əmisi nəvəsi idi. Ailəli idi. 2 qızı yadigar qalıb.
Fərid Mehbalı 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Hürü Hacızadə
“Qızıl Qələm” mükafatçısı, yazıçı-publisist,
“Siyasət və Gerçək Uğur” jurnalı, “Xezertv.info” və “Arasdırma.com” informasiya agentliklərinin direktoru.
Fərid Faiqoğlu
“Qızıl Qələm” mükafatçısı, Azərbaycanın igid oğullarının ölməz ruhuna həsr olunmuş silsilə layihələrin, hal-hazırda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ərsəyə gələcək “Vətənim kimiyəm” layihəsinin rəhbəri, ehtiyatda olan zabit