ƏDALƏTİN ƏDALƏTSİZ FIRILDAQLARI – FAKT/VİDEO
03-may, 20:03 225 Gündəm / CəmiyyətZereryolu.az saytının rəhbəri olaraq əldə etdiyim məlumat əsasında yollandım Xətai rayon NZS adlanan ərazidə baxıcılıq fəaliyyətiylə məşgul olduğu deyilən Ədalətin ünvanına ki, olanlara aydınlıq gətirək. Bəli, ünvanı soraqlaşa-soraqlaşa baxıcı Ədalətin ünvanı lazımdır kimə dediksə, ərazidə hər kəs Ədalətin ev qapısını işarə verdi. Qapıdakı maşın karvanını demirəm hələ, içəri keçər-keçməz hər kəsin növbə tutub, növbəylə falçı Ədalətin qəbuluna girə biləcəyimizi dedilər. Üzərimizdə iş vəsiqəmizin olduğunu görən növbə gözləyən, el dilində desək müştərilər nəsə təşfişə düşdülər. Ədalətin qəbul otağının yəni (falçılıq fəaliyyəti gösdərdiyi) otağın qapısını döydük qapını açıb və hardan gəldiyimizi, yəni özümüzü təqdim etmişdik ki, falçı yəni Ədalət üstümüzə şıgadı və bizi təhqir edərək orada növbə gözləyənlərə fürsət edib tapşırdı ki, tez oranı tərk etsinlər. Bir onu gördüm ki, növbə üstə bayaqdan qırğın edən müştərilər bir göz qırpımında yoxa çıxdılar. Falçıya, yəni Ədalətə izah etməyə çalışdıq ki, həm orda yaşayan sakinlər hər gün Ədalətə görə yaranan maşın sıxlığından, həm də Ədalətə bəxtin açdırıb gördüyü iş qarşılıg iki yüz AZN ödüyən vətəndaşın işinin alınmaması və Ədalətin fırıldaqçılıqla vətəndaşlara pisxoloji təsir edərək onların pulunu mənimsəməyini deyək. Ədalət bütün qohum-əqrabasını tökdü bizim üstümüzə, bilmirəm nə qədər realdır ya yox bir nəfər Ədalətin onun dayısı olduğunu və həmin şəxsin polis orqanında işlədiyini dedi.Ədalət bizi təhdid edərək “sizi ortadan götüzdürərəm, mənim arxamda kimin dayandığını bilmirsiz” ifadələri işlədirdi. Mən də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumatlandırdım ki, bəs sakinlərin narazılığına əsasən NZS qəsəbəsində falçı Ədalətdən olanlar haqqda açıqlama almağa gəlmişik və təzyiqlə üzləşmişik. “102” xidməti tez bir müddətdə bizimlə əlaqə saxlanılacağını bildirdi. Bəli, bizimlə 37-ci polis bölmısindən əlaqə saxladılar və post patrul maşınının əraziyə yaxınlaşacağını söylədilər. Post patrul maşını da gəldi, Ədalət polis çilərin görər-görməz mənim adamlarım gəldi deyə və üstəlikdə əmr verdi ki, aparın bunları içəriyə, özünü bayaqdan da polis oraqnının işçisi kimi təqdim edən Ədalətin qohumu da üstəlik aparın özüm gəlirəm məşğul olmağa ifadəsini işlətdi. Biz özümüzü polis əməkdaşlarına təqdim etdik və iş vəsiqəmizi də sübüt olaraq göstərdik olanları necə var elə də danışdıq. Polis əməkdaşlarına Ədaləti də götürün birgə gedək bölməyə təklifin etsəm də, nə Ədaləti, nə də bizi polis bölməsinə aparılmadıq. Mən polis əməkdaşlarına Ədalətin üstümüzə hücüm çəkdiyi üçün etdiyi təhqirlərə görə üzr istəməsini bildirdim. Baxmayaraq ki, biz falçının qapısına saat 11 radələrində getmişdik, saat 16 radələrində Ədalət daşı ətəyindən tökub bizi o, baxıcı kimi fəaliyyət göstərdiyi məkana çağırıb, bir şərtlə üzrhaxlıq edecəm ki, siz şikayyətçi olmayasız. Üzrxahlıq etdi insan kimi sağollaşdıq və biz oradan uzaqlaşdıq. Biz ünvandan çıxanda çöldə gözləyən polis əməkdaşları məsələnin nə yerdə olduğunu soruşdular. Mən də Ədalətin üzr istədiyini bildirdim və heç bir şikayətim olmadığını bildirdim.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, falçı Ədalətə loru dildə desək “krışalıq” eden, tez -tez arxamda dayananın kimliyini bilirsiz, bilsəz bu qapıya gəlməzsiz dediyi o, adamın kimliyi hələ də çox müəmmalı olaraq qalır. Görəsən o, adam bilirmi ki, Ədalət xalqın qadınlarını toplayıb öz ünvanına falına baxır. Fala baxmağı bir ayıb üstəlikdə qadınları tək-tək qəbul edir. Mənə bu da çox maraqlıdır gördüyü işidə qıfıl üzərində həyata keçirir və izin itməsi üçün məsləhəti aparın atın dənizə olur. Bizimdə bəzi məzlum, çahil qadınlarımız, cahil mollanın dediyinə inam gətirib həm pullarından olurlar, həm də günah qazanırlar. Necəki deyirlər ki, cəhənnəmə gedən özünə yoldaş axtarır, lap bu fırıldaqçı falçı Ədalətində etdiyi iş ona bənzəyir.
PS. Saytımız vasitəsi ilə bu cür insanları aldadan şəxslər barəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanların məşğul olmasını və onların haqqında ciddi ölçü götürməsini xahiş edirəm. Onu da bildirim ki, belə insanlar islam və din adına ləkə gətirən şəcslərdəndir, belələri ifşa olunub, məsuliyyətə cəlb etmək lazımdır. Qafqaz Müsəlmanlar İdarəsinin məsul şəxslərindən xahişimiz budur ki, belələrini cəmiyyətdən uzaqlaşdırsınlar. Çünki, Azərbaycan respublikası tollerant və müstəqil, demokratik, qanuni dövlətdir. Ümidvarıq ki, bu məsələ qısa bir müddətdə öz həllini tapacaqdır.
Jalə Ağakişiqızı
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri
[media=https://www.youtube.com/shorts/icNzaFc2f-k]