Sumqayıt Səhiyyə İdarəsində yeyinti ilə bağlı qalmaqal: İcra başçısı “günahı keçisi” axtarır
05-may, 15:13 140 GündəmÖtən gün xəbər vermişdik ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıtda kompleks araşdırmalara başlayıb. BakuPress.Az-a daxil olan məlumatda deyilirdi ki, Maliyyə Nazirliyi ilə birlikdə aparılan yoxlamalar nəticəsində əksər dövlət qurumlarında ciddi maliyyə yeyintiləri aşkarlanıb.
Həmin məlumatda vurğulanır ki, KQMBİ-nin ilk araşdırması Sumqayıt Səhiyyə İdarəsində olub və araşdırma zamanı 6.5 milyon manatlıq yeyinti aşkarlanıb. Bundan başqa, Sumqayıt Təhsil İdarəsində də külli miqdarda yeyinti faktı üzə çıxarılıb. Hazırda bu qurumda araşdırmanın davam etdiyi qeyd edilir.
Bilidirək ki, hazırda Maliyyə Nazirliyi və KQMBİ Sumqayıt şəhər İcra Hakimiyyəti və Bulvar İdarəsində də araşdırmalara start veriblər. Aldığımız son məlumatlara görə, son araşdırmalar 2019-2022-ci illərdə Sumqayıtda həyata keçirilmiş titinti işləri ilə əlaqədardır. Elə Sumqayıt şəhər Səhiyyə İdarəsində aşkarlanan yeyinti də bu illəri əhatə edir.
Belə ki, 3 il ərzində Səhiyyə İdarəsinin nəzdindəki xəstəxana, poliklinika və digər sahələrin təmiri, yenidən qurulması və inşası zamanı 6.5 milyon manatlıq yeyinti üzə çıxıb. Bu zaman tenderlərin keçirilməsi zamanı qeyri-şəffaflığa da yol verildiyi vurğulanır. BakuPress.Az-a danışan mənbə bildirib ki, bu tenderlərin bir nəfərə verildiyi, pulların da həmin şəxsin əliylə yeyildiyi də üzə çıxarılıb. Mənbənin iddiasına görə, bununla əlaqədar bir nəfər saxlanılıb.
Məlumatlarda o da vurğulanır ki, hal hazırda Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çətin duruma düşüb. Təkcə, Səhiyyə İdarəsində aşkarlanan 6.5 milyon manatlıq yeyintinin 1.5 milyon manatını geri qaytaran icra başçısı, qalan məbləği tapmağa çalışır. Onun hətta mülklərinin bir qismini satışa çıxardığı da deyilir.
Bildirilir ki, icra başçısı həbs olunan həmin şəxslə yaxınıdır və onunla uzun illərdir tender oyunlarının içində olub. İndiki durumda o, həmin adamı xilas edə bilmədiyindən, “günah keçisi” kimi istifadə etməyi də düşünür. Hətta həbs edilən “tender kralı”nın ailəsinə xəbər göndərərək, günahı təkbaşına üzərinə götürməsini istəyib. Təbii ki, müqabilində onun və ailəsinin bütün xərclərini, habelə həbsdə olduğu hər ilə görə əlavə “kompensasiya” verəcəyini vəd edib.
Bundan başqa, Fərəcovun yaxın çevrəsinə “mən gedərsəm, siz də gedəcəksiz” deyərək, onlardan pul vermələrini belə istədiyi iddia olunur. Bildirilir ki, məmurlardan tutmuş iş adamlarına qədər hər kəsin bu zərəri ödəməsini tələb edir. Lakin bəzi iş adamları bu təklifdən boyun qaçırıblar. Onlar özlərinə aidiyyatı olmayan məsələyə görə, pul vermək niyyətində olmadıqlarını deyiblər.
Maraqlı məsələlərdən biri də Sumqayıt Dənizkənarı Bulvar İdarəsində aparılacaq yoxlama ilə bağlı olacaq. JAMAZ.İNFO xəbər verir ki, 2016-cı ildə salınmış bulvarın tikintisində iştirak etmiş şirkətlərin hələ də pulu verilməyib. Belə ki, Bulvarın tikilməsində iştirak etmiş şirkətlərə Zakir Fərəcovun 10 milyon manata yaxın borcu var. İş adamlarını isə bu illər ərzində dolayan, təhdid edən, habelə həbsə göndərən icra başçısı, işin üstü KQMBİ tərəfindən açılarsa, nə cavab verəcəyi maraqlıdır. Bu borcun niyə, hardan yarandığını necə əsaslandıracaq?
Halbuki Bulvarın inşası üçün dövlət tərəfindən heç də kiçik olmayan məbləğdə pul ayrıldığı sirr deyil. Belə ki, həmin tikinti işləri üçün büdcədən 50 milyon manata yaxın vəsait ayrıldığı qeyd edilir. Lakin sonradan İdarənin saxlanılması, habelə yeni təmir-tikinti işlər üçün də milyonlar ayrılıb. Amma Zakir Fərəcov nə hoqqa çıxarıbsa, sahibkarlara 10 milyon manatdan çox borclu qalıb. Daha doğrusu, həmin məbləği verməkdən imtina edib.
Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
bakupress.az