Azərbaycanın dünəni, bu günü, sabahı -Heydər Əliyev

Dahi şəxsiyyət, əvəzsiz lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, ümumən sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini ozumuzə qaytarması, milli adət-ənənələrimizi yaşamasıdır. Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları Heydər Əliyev zəkasının məhsulu kimi onun müdrik, uzaqgörən rəhbərliyi altında olmuşdur. O, həqiqətən tarixi şəxsiyyət idi. Azərbaycanın dünəni, bu günü və sabahı idi. Heydər Əliyev Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. 2023-cu ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsini hər birimiz  xoş ovqat və böyük sevinc hissi ilə qarsilayiriq. Ədliyyə işçisi olaraq hər birimiz Heydər Əliyevi ağır sınaqlardan müdrikliklə, ağlın, idrakın yenilməz gücü ilə çıxarmış, işığa, nura qovusdurmus ulu öndərimizi minnətdarlıqla yad edirik. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahurudur, milli dövlətçiliyə ehtiramın ifadəsidir. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır. Nə qədər  Azərbaycan var, nə qədər bu millət var, xalqimizin fəxri və qüruru olan Heydər Əliyev də var olacaq və əziz xatirəsi hər birimizin qəlbində əbədi yasayacaq. Heydər Əliyev yolu bundan sonra da  Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. 


Təranə Novruzova

Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi