Sağlamlığımızın keşiyində duran səhiyyəmizin ulduzları. Sağlamlıq xoşbəxtlikdir.
22-may, 17:48 191 Gündəm / SəhiyyəƏn böyük xoşbəxtlik insanın sağlam dünyaya gəlməsi ömür yollarında sağlam həyat tərzi keçirməsidir. Sağlamlığı qorumaq hər bir şəxsin özündən asılı olsa da, bəzi amillər, xarici mühitin təsiri, xoş həyat tərzi keçirməsindən çox asılıdır. Sağlamlığı qorumaq üçün onun qayğısına qalmaq,özümüzlə yanaşı şərəfli peşə sahibləri olan həkimlərin fədakarlığına ehtiyacımız var.Həkimlərin təbirincə desək, qeyd edirlər ki, biz üç nəfərik: həkim, xəstə və xəstəlik. Əgər həkimlə xəstə birləşib xəstəliyə qarşı mübarizə aparırsa, həkimlə xəstə qalibdir. Əksinə xəstə ilə xəstəlik birləşərsə, onda həkim imkansızdır. Bizə şəfalı əlləri ilə sağlamlığı bəxş edən həkimlərdən söhbət açmağı, onlara dəyər verməyi özümə mənəvi borc bilirəm. Müalicə aldığım dövrdə şərəfli peşə sahibləri-həkimlərə öz işgüzar, səmimi, qayğıya ehtiyacı olan veteranlara yüksək xidmətlərinə görə "Müharib veteranları" xəstəxanasının işgüzar kollektivindən söhbət açmaq yerinə düşər. Bu səhiyyə ocağına gənc, səmimi, qayğıkeş, bütün veteranların böyük hörmətini qazanmış, xəstəxananın Baş həkimi Nicat Cəlilovun peşakar idarəetmə, yüksək intizam və lazımi şərait yaratma bacarığı bu gənc həkimin əməyini xüsusi qeyd etmək lazımdır. Gənc həkim Nicat Cəlilovun xəstəxanaya rəhbərliyə başladığı dövrdən, ilk dəfə işçilər arasında əmək intizamı, xəstəxanada sanitar-gigiyenik qaydalara əməl olunma, abadlıq-təmizlik işləri və veteranlara göstərilən xidmətlərin tələbə uyğun aparılmasına xüsusi diqqət yetirməsi, onun Hippokrat andına sadiqliyinin bariz nümunəsi olmaqla,xəstəxana işçiləri arasında sağlam psixoloj mühit yarada bilməsidir.
Xəstəxanada öz peşəsinin vurğunu olan və peşəkarlığı ilə seçilən şöbə müdiri Zahirə Əsədovanın, tibb bacıları Çimnaz Musayevanın, Lalə Zeynalovanın, Turanə Seyidovanın, Dilşad Mirzəyevanın, Gülnaz Həşimovanın əməyi və göstərdiyi qayğı təqdirə layiqdir. Müalicə dövründə öz şərəfli əməyini əsirgəməyən,xüsusən həkimə Zahirə Əsədovaya, tibb bacısı Çimnaz Musayevaya, fizoterapevt Turanə Seyidovaya və tibb bacısı Lalə Zeynalovaya öz təşəkkürümü çatdırıram. Müharibə veteranları xəstəxanasının bütün işgüzar kollektivinə, şərəfli işlərində yeni uğurlar, hər birinə mənalı, sağlam həyat arzusu ilə xəstəxanadan ayrılıram.
Soltanağa Cəfərov
AJB-nin zvü
"Qızıl qələm"media mükafatı lauretı