Bakıda “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda konfrans keçirilib- FOTOLAR


Azərbaycan Republikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili azərbaycanlı Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
02.05.2023-ci il tarixində Bakı şəhərində keçirilən beynəlxalq konfransda Türkiyə, Bolqarıstan, Gürcüstan, Hindistan, İrlandiya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan Vəkillər Kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətləri, habelə vəkillik sahəsində dünyaca tanınan və ən nüfuzlu təşkilatlardan olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE), Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL), Asiya və Sakit Okean Hüquq Assosiasiyasının (LAWASIA) rəhbər şəxləri, habelə hüquq müdafiəçiləri, media nümayəndələri və bir sıra yerli dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxsləri, 200-dən çox vəkil iştirak edib. 

        
Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər kəsi salamlayaraq, gender bərabərliyinin əhəmiyyətini vurğulayıb. O, qeyd etdi ki, ilk Respublikamız və hüquqi varisi olduğumuz Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olub.                     
Konfransın həsr olunduğu türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlu barəsində məlumat verən Anar Bağırov qeyd etdi ki, Sürəyya xanım 1903-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirib. 1921-ci ildə hüquq sahəsində təhsil almaq üçün Universitetə müraciət edib, İstanbul Hüquq Fakültəsinə qəbul olmuş və bununla da hüquq fakültəsinin qapısının qız tələbələrin üzünə açılmasında rol oynayıb. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti seçilmiş və ömrünün sonuna qədər vəkilliklə məşğul olub.   
Anar Bağırov, həmçinin qeyd etdi ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb. 
Sonra Sürəyya Ağaoğlunnun həyat və yaradıcılığına həsr olunan film nümayiş olundu. Konfransın açılış mərasimində  Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix mövzu ilə bağlı çıxışlar edib.                                                                     

Azərbaycan Vəkillər Kolegiyasının sədr müavini Şahmar Məmmədov tədbir haqqında öz təəsüratlarını “XeberTıme.az”-a danışdı:                                       

- Bu gün gender bərabərliyin beynəlxalq insan hüquqlarının əsas hissəsi kimi mövzusunda beynəlxalq konfrans keçirilir. 10 ölkənin Vəkillər Kollegiyasının nümayəndə heyyətləri bu konfransda iştirak edir, eyni zamanda da, yerli Vəkillər Kollegiyasının üzvüləri və dövlət qurumlarının və media nümayəndələri ümümilikdə 200-ə qədər tədbir iştirakçıları konfrasda yer alıb. Konfrans Azərbaycanın və qardaş  Türkiyənin ortaq dəyəri olan Sürəyya Ağaoğlunun 120 illiyinə həsr olunub. Əslən azərbaycanlı olan qadın Türkiyənin iş xanımı olaraq vəkil kimi tanınıb. Bir Azərbaycan vətəndaşı kimi, azərbaycanlı vəkil kimi belə tədbirlər bizi sevindirir, qürurlandırır. Konfransda iştirak edən digər ölkələrdən olan vəkillər öz işlərinin, qanunlarının maraqlı tərəflərindən danışdılar. Hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi həm əhəmiyyətlidir, həm də aktualdır. 
                                                                 

Vəkillər Kolegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova “XeberTıme.az” analitik informasiya portalına müsahibəsində bildirdi:   

                                          

- Bu günki konfrans gender məsələlərinə və insan hüquqlarına  həsr olunmuşdur. Əsasən Azərbaycan RespublikasıVəkillər Kollegiyası ilə Özbəkistan Vəkillər Kollegiyasının birgə keçirtdiyi tədbirdir. Konfrasda 10-dan artıq ölkənin vəkilləri eyni zamanda Vəkillər Kollegiyası ilə əməkdaşlıq edən dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Vəkillər Kollegiyası ümumiyyətlə bütün fəaliyyəti boyu gender məsələlərinə insan aspekti tərəfdən diqqət yetirir. Vəkillər aktiv şəkildə bütün fəaliyyəti boyu gender məsələlərində ortalığa çıxan problemlərin həll olunmasında təkliflər irəli sürürlər. Ailə, Qadın, Uşaq problemləri, insan aktları istiqamətdə sıx əməkdaşlıq edərək işlər görülür. Bu günki konfrans eyni zamanda məhsuldar, səmərəli keçir, çünki konfrasda iştirak edən xarici ölkələrin məsələn; Türkiyənin, Bolqarıstanın, Gürcüstanın, Hindistanın, İrlandiyanın, Serbiyanın, Qırğızıstanın, Qazaxıstanın, Özbəkistanın təcrübəsi öyrənilir. Bu ölkələrin gender məsələlərində Azərbaycanın oxşar məsələlərinin neçə həlli istiqamətində maraqlı mövzular təhlil olunur. Təbii ki, qonşu ölkələrin praktikasından istifadə etməklə bu təcrübələrə yiyələnirik. Həm gender məsələləri, həm də insan hüquqları ilə bağlı məsələlərdə təcrübələrin aktiv öyrənilməsinə, bəhrələnməsinə nail oluruq.                  
Bu konfrans Ümumilli Lider Heydər Əliyev ilinə təsadüf edir. Hər birimiz bilirik ki, H.Əliyev qadın hüquqlarına həmişə önəm vermişdir.                              
Konfrans azərbaycanlı vəkil qadın Sürəyya Ağaoğlunun yubileyinə həsr edilib. Bildiyiniz kimi Sürəyya xanım bütün türk dünyasının ilk vəkil qadınıdır.                                              

İlhamə xanım media işçisi olaraq izlədim ki, bu konfransda qadın hüquqlarından, gender bərabərliyindən danışılır. Bilirik ki, siz Azərbaycanın tanınmış, yüksək vəzifədə çalışan aktiv qadınlarından birisiz. Bu gün qadınların doğurdanmı cəmiyyətdə rolu böyükdür?                              

– Bəli bu artıq heç kəsə sirr deyil ki, respublikamızda qadınlar cəmiyyətin bütün sahələrində aktiv rol oynayırlar. Məsələn Yeganə xanım sizin özünüzü misal gətirmək olar ki, illərdə kütləvi informasiya vasitələrində ictimai fəaliyyətinizdə cəmiyyətə dəyər qatmaqdasız. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin üzvü Sevinc Əlizadə ictimai fəaliyyəti ilə qazi, şəhid ailələrinə təmənnasız yardımlar edir, ürəkdən yanaşaraq onların dərdini dinləyir və dərdlərinə şərik olur. Artıq dövlət qurumlarında insan haqları üzrə müvəkkilimiz qadındır, ombusman qadındır, məhkəmədə hakimlərimizin bir qismi qadındır, vəkillərin 40 faizi qadındır. Qadınlar çox mühüm postlarda yer tutmaqdadılar və tutduqları postlarda doğurdanda aktiv, nümunəvi fəaliyyət göstərirlər. Qadın olaraq onu deyə bilərəm ki, qadınların gördükləri işlər daha da səmərəlidir. Qadınlar təbiətdən gələn ana sevgisini, qadın sevgisini cəmiyyətə də ötürə bilirlər. Cəmiyyətin inkişafı qadınlarsız mümkün deyil... 

“Qanun və İcra” proqramının aparıcısı, vəkil ekspert, tanınmış hüquqşünas Əkbər Yusifoğlu tədbir haqqında öz fikirlərini “XeberTıme.az” analitik informasiya portalına bildirdi:  

                              

-Beynəlxalq Konfransda bir sıra ölkələrin bu sahədə öz sözlərini demiş vəkillər palatası, professorlar gender bərabərliyiynin qanunlarından geniş, ətraflı və olduqca mahiyyətli, maarifləndirici çıxışlar etdilər. Azərbaycandanda prokrorluq strukturunda, Vəkillər Kollegiyasında, media qurumlarında öz sözlərini əməlləri, işləri ilə demiş qadınlar var. Azərbaycan tolerant, bərabər hüquqlu ölkədir. Azərbaycan  Respublikası Konstitusiyasının 25-ci maddəsində bildirir ki, qadın və kişi hüquqları eynidir. Bu qanununun mahiyyəti həm qadın, həm də kişi hüquqlarının və gender bərabərliyinin təmin olunmasıdır. Bu günki konfransda natiqlər gender bərabərliyinin aktuallığından, öhdəliyindən, məsuliyyətindən və qanunlardan geniş söhbət açdılar. Yüksək səviyyədə keçirilən bu cür tədbirlərdən məlum olur ki, Azərbaycan Respublikası gender bərabərliyinin variz  nümunəsidir. Konfransa uğurlar arzulayıram 
 
3 sessiyadan ibarət Konfransda 10 ölkənin Vəkillər Kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətinin üzvləri gender bərabərliyi ilə bağlı müxtəlif mövzularda çıxışlar edib, mövcud problemlər, onların həll yolları barəsində Konfrans iştirakçılarına məlumat verib və geniş fikir mübadiləsi aparıb.                          
I Sessiya- Beynəlxalq təcrübədə gender bərabərliyi və gender bərabərliyi.                
II Sessiya- Gender bərabərliyinə doğru: Qadınlara qarşı zorakılığa son qoyulması.    
III Sessiya- Gender bərabərliyi və qadınların səlayyətlərinin artırılması. 

“XeberTıme.az” sayıtı beynəlxalq konfransda çıxış edən natıqlırin siyahını təqdim edir: 

1. Erinç Sağkan, Türkiyə Barolar Birliyinin Başkanı. “Gender bərabərliyi və gender məsələləri -Türkiyə Respublikasının təcrübəsi”.

2. David Asatiani, Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) Vitse-Prezidenti və Gürcüstan Vəkillər Kollegiyasının sədri. “Gender bərabərliyi və gender məsələləri – Gürcüstan Respublikasının təcrübəsi”

3. Bilim Rayımkulov, Qırğız Respublikası Vəkillər Şurasının sədri. “Gender bərabərliyi və gender məsələləri- Qırğız Respublikasının təcrübəsi” 

4. Jasmina Milutinoviç, Serbiya Vəkillər Kollegiyasının prezidenti. “Gender bərabərliyi və gender məsələləri- Serbiya təcrübəsi”.                                                           

5. İvaylo Dermendjiev, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının prezidenti. “Gender bərabərliyi və gender məsələləri- Bolqarıstan təcrübəsi”.

6. David Konlan Smit, İrlandiya Vəkillər Kollegiyasının Baş məsləhətçisi. Avropa Birliyi Vəkillər Kollegiyasının sabiq sədri. “Avropa Birliyi sistemində gender bərabərliyi”.             

7. Asel Tokayeva, Qazaxıstan Milli Vəkillər Kollegiyası İntizam Komissiyasının sədri. “Gender bərabərliyi və gender məsələləri – Qazaxıstan təcrübəsi”.

8. Gulçöhrə Mətkərimova, Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasının professoru. “Qlobal dünyada gender bərabərliyinə nail olmağın institusional yolları”.                                                       
9. Melissa Penq, Asiya və Sakit Okean Hüquq Assosiasiyasının (LAWASIA) prezidenti. “Gender bərabərliyi və gender məsələləri – Honq Konq təcrübəsi” (virtual) 

10. Natəvan Rüstəmova, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. “Ailədə hüquq bərabərliyi. Stereotiplərin və adətlərin  ailədə hüquq bərabərliyinə təsiri”.

11. Sophio Sokhadze, Gürcüstan Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Komitəsinin sədri.  “Gender bərabərliyinə doğru: Qadınlara qarşı zorakılığa son qoyulması”.         

12. Sevinс Alızadə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri. “Silahlı münaqişlərdə qadın hüquqlarının təminolunması: Hüquqi və praktiki aspektlər”.              

13. Eli Hristova, Bolqarıstan Vəkillər Kollegiyası Şurasının üzvü. “Gender bərabərliyinə doğru: Qadınlara qarşı zorakılığa son qoyulması”.                                        

14. Hicran Kandemir, Türkiyə Barolar Birliyi İdarə Heyətinin üzvü və Qadın Vəkillər Komissiyasının koordinatoru. “Qadınlara qarşı zorakılıqda Türkiyə təcrübəsi”.

15. Vüsalə Muradxanlı, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüququları üzrə təlim və ekspertiza şöbəsinin müdiri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. “Sözdən fəaliyyətə: beynəlxalq insan hüquqlarının təməl daşı kimi gender bərabərliyinin inkişafı”.                             
16. Uday Prakaş Varunjikar, Hindistan Vəkillər Kollegiyasının Vitse-Prezidenti. “Gender ədaləti, insan haqları və 1994-cü ilin konsepsiyadan qabaq və perinatal Diaqnostik Texniki Aktı (qanunvericilik və məhkəmə perspektivinin tənqidi qiymətləndirilməsi)”.                                          
17. Lalə Nağıyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü. “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin olunmasında vəkillərin rolu”.                                               
18. Niqora Taqayeva, Özbəkistan Respublikası Vəkillər Palatasının üzvü. “Demokratik, gender məsələləri üzrə həssas dövlət idarəçiliyi”

19. Lale Ilqaz Koçakundakçı, Türkiyə Barolar Birliyi Qadın Hüquq Komissiyasının sözcüsü. “Təbii fəlakətlərdə qadınlar və gender bərabərliyi”

20. Veronika Kim, Qazaxıstan Milli Vəkillər Kollegiyası Tədqiqat Məsləhət Şurasının üzvü. “Seçki prosesində gender bərabərliyi”.

21. Sona Səlimli-Ələsgərova, “LegalAid” hüquq firmasının Təsisçisi və Direktoru və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. “Şüşə tavanın qırılması: Vəkillik peşəsində qadınların liderlik mövqelərinin gücləndirilməsi”

22. Aliks Frenk-Tomasser, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) eksperti. “Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması” (virtual).

23. Arthur Moses, Asiya və Sakit Okean Hüquq Assosiasiyasının (LAWASIA) İdarə Heyətinin üzvü. “Avstraliyada hüquq peşəsi və məhkəmə sistemi, habelə vəkillik peşəsi çərçivəsində cəmiyyətdən daha çox qadının hakim və lider kimi təyin edilməsilə xidmət etdikləri cəmiyyətin maraqlarını əks etdirməsini təmin etmək üçün hansı addımlar atılmalıdır?” (virtual).

Qeyd edək ki,sonda Konfrans iştirakçıları tərəfindən Gender bərabərliyinin təmin edilməsi üzrə “Bakı Bəyənnaməsi” qəbul olundu.                                                              
Xatırladaq ki, “XeberTıme.az” analitik informasiya portalı tanınmış hüquqşünas, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Əkbər Yusifoğlunun təqdimatında hər həftənin şənbə günü “Dünya” TV-də yayımlanan “Qanun və İcra” proqramının informasiya dəstəkçisidir.

Yeganə Telmanqızı                                   
“XeberTıme.az”