Qazi Əbülfət Kərimov təltif olundu


Qazi Əbülfət Kərimov Məmmədov oğlu 1990-1994-cü illərdə DİN XTMD-nin tərkibində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O,  2020-ci ilin 44 günlük Vətən müharibəsinə Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşularaq könüllü olaraq aktiv döyüş əməliyyatlarında qəhrəmancasına vuruşub. Şəxsi iğidliyinə, bacarığına, döyüş yoldaşlarına böyük dəstək olduğuna görə Əbülfət Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə -Qubadlı rayonunun azad edilməsinə görə,
-Cəbrayıl rayonunun azad edilməsinə görə,
-Laçın rayonunun azad edilməsinə görə,
-Vətən müharibəsində içtirakına görə medalları ilə təltif olunub. AVMVİB-nin Nəsimi Rayon şöbəsində Qazi Əbülfəz Kərimov xatirə medalları ilə təltif olundu. Təltifləri polkovnik Elmar Hüseynov və mayor Azad Cəbrayılov təqdim etdilər. Əbülfət Kərimov hal-hazırda Laçın rayonunda tikinti-abadlıq işləri ilə məşğul olur. Laçın şəhərinin bir hissəsini çörəklə təmin edir.

Fərid Faiqoğlu