Ölümə dəvət: Hövsan yolu yenə qaranlığa qərq oldu

Suraxanı rayonu Hövsan qəsəbəsinə gedən yolda işıqlandırma yoxdur.
Oxu.Az xəbər verir ki, sözügedən istiqamətdə, eləcə də Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidəki yolda işıqlandırma problemi hələ də davam edir. 
Bir müddət öncə, daha dəqiq desək, mayın 29-da sözügedən ərazidə yolu keçmək istəyən üç nəfəri maşın vurub öldürmüşdü. Bundan sonra yolda işıqlandırma bərpa edilmişdi. Ancaq ötən gecə lentə alınan görüntülərdə yolun yenə qaranlığa qərq olunduğu görünür. 
Həmin videonu təqdim edirik:
 

Mövzu ilə əlaqədar