Azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar


Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zilhiccənin (həcc ayının) 8-ci günündə Məkkədəki zəvvarlar “ehram” (zəvvarların xüsusi geyimi) geyinərək Mina adlanan əraziyə yollanıblar. Onlar bu günü Minada keçirərək namaz qılıb, ibadət edəcəklər. Sabah isə zəvvarlar sübh namazından sonra Ərəfat dağına yollanacaqlar. 
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 12-dək Vətənə qayıdacaqlar.

Rahim Əliyev