Azərbaycanlı zəvvarlar Ərəfat çölünə toplaşıblar
27-iyn, 11:07 110 GündəmBu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarını yerinə yetirməyə davam ediblər.
Oxu.Az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zilhiccənin (həcc ayının) 9-cu günündə Məkkədəki zəvvarlar Mina adlanan ərazidən Ərəfat çölünə yollanıblar. Onlar bu günü Ərəfat dağının ətəklərində məğrib namazınadək dua etməklə keçirəcəklər. Məğrib namazından sonra isə zəvvarlar Müzdəlifə çölünə yollanacaqlar.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 12-dək Vətənə qayıdacaqlar.
Rahim Əliyev