Türkiyə Ukraynaya PUA-ların istehsalında köməklik edəcək
09-iyl, 11:30 100 GündəmTürkiyə və Ukrayna arasında memorandum imzalanıb.
Memorandum çərçivəsində ölkələr birlikdə pilotsuz təyyarələrin istehsalını inkişaf etdirməyə davam edəcəklər.
Sənədi Ukrayna lideri Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı iki ölkənin sənaye nazirləri Aleksandr Kamışin və Mehmet Fatih Kacır imzalayıblar.
Qeyd olunur ki, memorandum Ukrayna və Türkiyə şirkətləri arasında strateji sənaye və texnologiyalar sahəsində əməkdaşlığa təkan verəcək.
Əməkdaşlıq əsasında müxtəlif tipli PUA-ların istehsalının inkişafı, o cümlədən avtonom sistemlər, kosmik və strateji sənaye sahələrinin inkişafı üçün zəruri olan digər texniki əməkdaşlıq sahəsində tədqiqat və təkmilləşdirmə işləri nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə danışıqlardan sonra Ankaranın Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sona çatması üçün səylərini davam etdirəcəyini bildirmişdi.
Mənbə: lenta.ru