Deputat elm və təhsil nazirinə qarşı: “Həmin müəssisələrinin adları açıqlanmalıdır”
12-iyl, 12:15 103 Gündəm“Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün həqiqətləri demək istəyiriksə, onda nazirlik bu tələbələrin hansı universitetləri bitirdiyini desin, onlar da bundan nəticə çıxarsınlar. Bu ali təhsil müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır”.
Bu fikirləri Bakupost.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bir tərəfdən tələbələr məzun olur, diplom verilir, digər tərəfdən isə onlar təkrar sertifikasiyaya cəlb edilir. Buna həm vaxt, həm enerji, həm də dövlətin vəsaiti gedir:
“Hesab edirəm ki, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti qaldırılmalıdır. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların da yenidən sertifikasiyaya cəlb olunmasına ehtiyac qalmasın. Artıq o mərhələyə gəlməliyik ki, universitetlər normal, bilikli, savadlı mütəxəssislər yetişdirə bilsinlər”.