Azərbaycanlı gəncə General Mayor rütbəsi verildi
20-iyl, 10:48 113 Gündəm / CəmiyyətBMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizov Türkiyə, Moldova və Ukraniyada rəsmi səfərdə olub. Səfər zamanı Ukrayniyanın Kiyev şəhərində Beynəlxalq Zaparoji Kazaklari təşkilatinin idarə heyyətinin qərarı ilə Mirdaməd Əzizova Təşkilatın Fəxri General-Mayoru rütbəsi verilib. Təşkilatın Forma və paqonları idarə heyyətin sədri, Hetman Marşal Yaroslav Balçuk tərəfindən Mirdaməd Əzizova təqdim olunub. Mirdaməd Əzizov da öz növbəsində təşkilatın idarə heyətinə və bütövlükdə Ukraniya dövlətinə təşəkkürünü bildirib. O həmçinin Azərbaycan – Ukraniya dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini nəzərə çatdırıb.
Görüşdən olan şəkilləri paylaşırıq.