Hüquq-mühafizə orqanları: Azərbaycanın dayağı. İsmayıl Zalov yazır…
29-iyl, 13:11 142 GündəmAzərbaycan Respublikasının regionda hər ölkənin olduğu kimi, özünə məxsus bir çox daxili orqanları vardır, bu orqanlar daxili işlər, fövqəladə, tibb hüquq-mühafizə kimi bir çox bölümler daxildir. Keçən səfər hüquq-mühafizə orqanlarından və polislərimizdən söhbət açmışdıq, bu mövzunu bir az daha genişləndirərək dünya üzerindən müşahidə edərək, sizlərə ümumilikdə iki mövzu olaraq açıqlamaq istəyirəm. Bu mövzu, həqiqətən, çox diqqət cəlib edən maraqlı faktlar özündə birləşdirən bir mövzudur. Bir tərəfdə humanistlik, digər tərəfdə isə zorakılıqla yer alan hüquqlar. Avropada yaşanan hadisələrdə polislərin insan haqqlarını necə zorakılıqla, vəhşicəsinə pozduğuna dəfələrlə şahid oluruq. Yaşanan hadisələrdə çox insanların hüquqları pozulmuş özləri isə zorakılığa məruz qalmışdılar. Buna örnək olaraq qeyd etmək olar ki, Fransada yaşanan qarşıdurma aksiyalarında polislər tərəfindən aksiyada iştirak edənlərə kobud davranışlar sərgilənmişdir. Aksiya iştirakçıları öz narazıçılıqlarını bildirdikləri zaman polisler tərəfindən daha sərt zorakılıqla qarşı–qarşıya gəlmişdilər.
Hüquq-mühafizə orqanları insanları asayişini bərqərar etmələrində vasitəçi olmaqla bərabər insanları zorakılıqdan vəhüquqlarının pozulmasından qorumalıdır. Necə ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və polisləri kimi. Əsla zorakılıqa yol verməyən və zorakılıq edənlərə belə yalnız qanunları xatırladan hümanist polislərimiz digər ölkələrdə hümanistliyi və xalqcanlılıqları ilə örnəkdirlər. Çünki polis demək xalqın qoruyucusu, hümanistlik yaradan, yaşanan qarmaqarışıqları aydınlaşdıran “qoruyucu qəhrəman” deməkdir.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və polisləri bu adi layiqincə yaşadır, yeni nəsillərə ötürür və bütün dünyaya nümayiş etdirir. Yaşanan hadisələrdə hər zaman ilk olaraq insanların hüquqlarını asayişini düşünən və ona uyğun olaraq vətəndasları sakitləşdirməyə çalışan polislərimiz heç kimə zorakılıq etmir, əksinə, qanunpozanları yalnız qanuna əsasən cəzalandırır, halbuki, digər polislər kimi zorakılıqa əl atmirlar. Lakin bunu özlərinə yaraşdırmayan qürurlu polislərimiz hər dəfə öz hümanistliyindən əsla vaz keçmir. Əgər cüzi bir şey dəyişsəydi, o zaman Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əmqkdaşlari – polislərimizin digərləridən heç bir fərqi olmazdı.
Bəli, bizlərin fərqimiz milliyətsevərliyimizdir xalqçılığımızdır. Bunu qarşı tərəflərə dəfələrlə nümayiş etdirən, “Bz xalqımızın qoruyucularıyıq, qəhrəmanlarıyıq!” deyən Azərbaycan polisləri var olsun.
İsmayıl Zalov,
“Zalov İmza TV ALYANS”ın direktoru, Beynəlxalq hüquq eksperti