Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblər

Gənclər Təşkilatları beynəlxalq əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi məqsədi ilə bir araya gəliblərŞamaxı rayonunda NAYORA tərəfindən elan edilən “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə 3 gün boyunca davam edən “Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsi yekunlaşıb.

Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə açılış mərasimi başlamış, iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları ilə gün davam etmişdir.

Günün ikinci yarısı Sağlam Düşüncə Gənclər Təşkilatının sədri Sevinc Qasımova tərəfindən “Beynəlxalq tədbirlərin araşdırılması və uğurlu müraciət prosesi” mövzusunda interaktiv təlim sessiyası keçirilmiş, iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə proqram yekunlaşmışdır.

Layihənin ikinci günü məhsuldar görüşlərlə yadda qalıb. Belə ki, AR Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun təqdimatında “Gənclər Fondunun gənclər üçün yaratdığı beynəlxalq imkanlar” mövzusu ikinci günün ilk müzakirə mövzusu olub. Daha sonra NAYORA katibliyi tərəfindən Beynəlxalq təmsilçilikdə etik kodeks təqdim edilib. Həmçinin NAYORA-nın Baş katibi Ramin Həbibzadə və Proqram meneceri Jalə Həsənovanın moderatorluğu ilə “A-dan Z-yə beynəlxalq təmsilçilik” vörkşopu keçirilib.

Günün növbəti görüşü “BMT-də gənclər üçün yaradılan fürsətlər və informasiya savadlılığının gənclərin inkişafında rolu” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatların idarə olunması üzrə məsul şəxsi Gülər Fətəli ilə keçirilib. Daha sonra isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumun Avrasiya Regional Mərkəzinin Baş direktorunun icraçısı Vüsal Qurbanov tərəfindən “Beynəlxalq təşkilat, qurumlarla düzgün kommunikasiya kanallarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması” mövzusunda sessiya baş tutub.

Qeyd edək ki, layihənin sonuncu günü Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Proqram menceri Əli İsgəndərli və Milli Debat Proqramının təlimçisi Tərlan Kərimov tərəfindən “Beynəlxalq təmsilçilik” debat simulyasiyası keçirilib və bununla da layihə yekunlaşıb. Sonda iştriakçılar sertifikatla təltif olunublar.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.

Oxunub: 0