Birinci vitse-prezident Mehriban Əliyeva dünyaya mərhəmət və humanistlik nümunəsi sərgiləyir
25-avq, 13:55 105 Gündəm / Siyasətİstənilən dövlət və cəmiyyətdə hər hansı istiqamətin inkişafı üçün yaradılmış şəraitin səmərəliliyi, bu sahədə yüzillər boyu davam edən təkamül proseslərinin nəticəsi o istiqamət üzrə ən böyük yüksəliş faktlarının müəllifi olmuş şəxsiyyətlərin həyat və fəaliyyətindən asılıdır.
Bu mənada, Azərbaycanda qadın fəallığı ənənələrinin təşəkkül və inkişafına doğru min illərin o üzündən gələn çətin və şərəfli yol Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın nəcib əməlləri və dünyanın Onun fəaliyyətinə verdiyi layiqli qiymətlə öz zirvəsində qərarlaşır.
“Bu gün qadınlarımız təkcə ailə dəyərlərinin qoruyucusu deyil, onlar həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Müasir qadınlarımız sosial baxımdan fəaldırlar və onların ictimai proseslərə təsirləri getdikcə artır. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada qadınlar özlərinin ən yaxşı keyfiyyətlərini göstərməsinlər. Bizdə siyasətlə məşğul olan, dövlət qulluğunda, ümumiyyətlə, hər bir sahədə fəaliyyət göstərən qadınlar çoxdur. Onlar arasında bacarıqlı təşkilatçılara, müxtəlif səviyyəli rəhbər vəzifələrdə uğurla çalışanlara daha tez-tez rast gəlirik” deyən Mehriban xanım Əliyevanın fikrincə, cəmiyyətimizdə, tarixən elə şərait yaranmışdır ki, ictimai rəy qadını birinci sırada olan bərabərhüquqlu işgüzar tərəfdaş kimi qəbul etməyə hələ də tam hazır deyil. Əsrlər boyu kök salmış təfəkkür stereotipləri hələ çox güclüdür. “Mənə elə gəlir ki, rəhbər vəzifələr tutmaqda, elə başqa sahələrdə də kişilərlə qadınlar arasında rəqabət barədə danışmaq o qədər də düzgün olmazdı. Sağlam rəqabət şəraitində rəhbər mövqelər tutmaqda həlledici amil kişi və ya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. istər təyinatla, istərsə də seçkili qaydada tutulan bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə, məhz bu xüsusiyyətləri nəzərə alınmalıdır”.
Mehriban xanım Əliyevanın fikrincə, bu meyarlar sırasında bizim qadınlar yalnız lider keyfiyyətlərinə görə kişilərdən geri qalırlar. Rəhbər vəzifələrdə qadınların kişilərlə müqayisədə xeyli az təmsil olunmasının əsas səbəbi budur. Ona görə də, qadınların daha uğurla irəliləməsinə, onların rəhbər vəzifələr tutmasına gənc qadınlarda lider keyfiyyətləri və vərdişlərinin, özünəinam hissinin məqsədyönlü şəkildə tərbiyə olunması kömək edə bilər: “Əgər buna nail ola bilsək, hesab edirəm ki, qadınların rəhbər vəzifələrdə daha geniş şəkildə təmsil olunmasını çox gözləmək lazım gəlməyəcəkdir”.
Mehriban xanım Əliyeva ölkəmizdə qadınlara qarşı ailədaxili və məişət zorakılığı hallarına rast gəlinməsinə təəssüflənir və qızların erkən yaşda zorla ərə verilməsi hallarını da qadınların çoxunun taleyini şikəst edən zorakılığın ən ağır nəticələrə gətirib çıxaran bir forması hesab edir. “Belə hallara qarşı mübarizədə qanunun gücündən tam istifadə etmək lazımdır. Lakin gender zorakılığının və erkən nikahların çox ağır nəticələrini insanlara izah edən ciddi maarifçilik işinin aparılması da zəruridir. Bu məsələdə kütləvi informasiya vasitələrinin də imkanları böyükdür”.
Bütün bunlar Azərbaycan qadınını layiq olduğu mövqedə görmək istəyən, qadın adına dəyər gətirən şəxsiyyətin dünyanın əksər məkanlarında qadınların üzləşmiş olduqları bəlli problemlərə münasibətidir. Bu problemdən çıxış yolları isə onun həyat və fəaliyyət formulunda öz ifadəsini tapmışdır: əgər güclü olmaq, həyatda yüksəlmək istəyirsənsə, başqalarına səadət gətirmək üçün çalışacaqsan.
Bunun ən parlaq örnəyini də Mehriban xanım Əliyeva özünün həyat və fəaliyyəti ilə yaradır. Mehriban xanım Əliyeva zəmanəmizin qəhrəmanlarındandır, insanlara etinasızlıq, laqeydlik Onun xarakterinə yaddır, əməlləri ilə ən yaxşıların ilk sırasındadır.
Daşıdığı statusa görə, o, siyasət adamı sayılsa da, siyasətdə iştirakı xeyli fərqlidir, Onun üçün ən böyük siyasət insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, insanlara böyük sayğı ilə, hörmətlə yanaşır. Onun əməllərinin mayasında böyük ürək, işıqlı təfəkkür və zəngin intellekt dayanır.
Mehriban Əliyeva fəaliyyəti ilə insanların ağıl, düşüncə, ürək və göz yaddaşında heç vaxt pozulmayacaq bənzərsiz bir lövhə yaradıb. Bu lövhə ən mahir rəssam tərəfindən min bir sevgi ilə kətana köçürülən, dünyanın məşhur sərgi salonlarını bəzəyən, tamaşaçıların qəlbini riqqətə gətirən ən möhtəşəm tablodan, portretdən də qiymətlidir. Çünki bu portreti zaman özü çəkir.
Azərbaycanda, eləcədə dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı səhifəsinə öz dəsti xəətti ilə daxil olaraq görkəmli şəxsiyyətlər səhifəsindədir. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!
Roman müəllim
"Ramsüd" MMC-nin rəhbəri