Şəfqət və xeyirxahlıq mücəssəməsi
25-avq, 15:36 109 Gündəm / SiyasətAzərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra ölkədə aparılan quruculuq-abadlıq işləri, islahatlar ölkənin ümumi mənzərəsində, sosial həyatında qısa bir zamanda uğurlu nəticələrin əldə olunmasına gətirib çıxardı. Azərbaycanın dünyaya inteqrasiya olunması, dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı görülən işlərin məntiqi nəticəsidir.
Qeyri-hökumət təşkilatı olaraq fəaliyyətə başlayan Heydər Əliyev Fondu da, bu baxımdan ölkənin ictimai-mədəni-sosial həyatında çox önəmli olan layihələri həyata keçirməklə, ölkə həyatında əks-səda doğuran hadisələrə imza atdı. Səhiyyə, təhsil, mədəniyyət və bir çox sosial-humanitar sahələrdəki fəaliyyəti, birmənalı olaraq, Azərbaycanın inkişafına, insanların rifah halının yüksəlməsinə birbaşa olaraq təsirini göstərdi. Sağlam cəmiyyətin inkişafı, fiziki sağlamlığa malik olan qüvvələrin mövcudluğu əsas amillərdən biridir. Bu baxımdan, tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək humanizmin əsasıdır. Bu Fondun fəaliyyət strukturunun əsasında duran bir vəzifə kimi ardıcıl olaraq həyata keçirilir. Heydər Əliyev Fondunun Prezidenti İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gerçəkləşdirdiyi layihələr, 19 il müddətində öz bəhrəsini vermiş və bu proses davam etməkdədir. Heydər Əliyev Fondunda bir-birinin ardınca keçirilən tədbirlər, görüşlər, simpozium və konfransların hər biri əhalinin sağlam həyatının təminatı məqsədilə reallaşır.
Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərimizin Vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını, zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu, ilk növbədə, qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlardır. Fond bu və digər istiqamətdə qısa zamanda bir neçə böyük layihə hazırlayıb həyata keçirmişdir.
Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsü bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. İstiqamətini birmənalı olaraq bir məqsədə doğru quran Fondun çox qısa bir zamanda həyata keçirdiyi layihələr, onilliklərdə görüləcək işlərə bərabərdir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsidir.
Heydər Əliyev Fondunun Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi sahəsində gördüyü işlər dünyanın beynəlxalq qurumları tərəfindən yüksək qiymətləndirilib. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması işində müstəsna xidmətlərinə görə, bu mötəbər təşkilatın mükafatına layiq görülüb.
Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.
Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!
Kollektivimiz adından alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya can sağlığı, ailə səadəti, işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq.
Samir Abbasov
MediStyle Hospitalın direktoru İnvaziv, Kardioloq