Heydər məscidinin rəhbərliyinin təşəbbüsü ilə "Vəhdət və Birlik " adlı tədbir keçirilib.


Heydər məscidinin rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı, Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə
" Vəhdət və Birlik" tədbiri keçirilib. Tədbirdə Heydər məscidinin rəhbərliyi, tanınmış din xadimləri, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.
Öncə axşam namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dini dəyərlərimizin qorunub saxlanılmasında xüsusi əməyi olan din xadimləri çıxış edərək, birlik və vəhdətin vacibliyindən, dəyərlərindən söz açıblar, dinin əsas məqsədindən, müqəddəs tərəfinlərindən danışıblar.
Çıxış edən birlik sədri Yasəmən Qəyyumlu xüsusilə 44 günlük haqq savaşı zamanı əsası qoyulan, bu gündə davam edən ordu, xalq və dövlət birliyinin qürur verici məqamlarından danışıb, hər kəsi birliyə çağırıb. 
Şəhid  ailələri çıxışları zamanı  dövlətdən, xalqdan və hər zaman onların yanında olan vətənpərvər insanlardan razı qaldıqlarını bildiriblər, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür ediblər.
Tədbirin sonunda Heydər məscidinin rəhbərliyinin dəstəyi ilə ehsan süfrəsi təşkil olunub. Allah qəbul eləsin. 

Fərid Səfərov
Baş katib