Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu “Qeyd Sosial Maarifləndirmə” İctimai Birliyi və Aid qrupun birgə təşkilatçılığı ilə təşkil olunmuş Təhsil konfransında iştirak edib
07-okt, 21:48 109 Gündəm / CəmiyyətKonfransda Millət Vəkili Jalə Əhmədova, “Aid” qrupun rəhbəri Nigar xanım, qrupun üzvləri, gənc tələbələr və media nümayəndələri təmsil olunuşdular. Öncə “Qeyd Sosial Maarifləndirmə” İctimai Birliyin sədri Tural müəllim hər kəsi salamlayaraq, konfransın mahiyyəti və məqsədi haqqında məlumat verib. Daha sonra Millət Vəkili Jalə Əhmədova və “Aid” qrupun rəhbəri Nigar xanım təhsillə bağlı tələbələrin suallarını cavablandırıb, təhsildə olan bəzi boşluqlardan, mövcud problemlərdən danışıblar. Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək "Gənclər gələcəyimizdir" mövzusunda fikirlərini bildirib, təhsilin vacibliyini vurğulayıb və bu barədə gənclərə öz tövsiyələrini verib.
Sonda xatirə fotosu çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi