Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti COP28-də iştirak edir
06-dek, 20:18 94 GündəmSessiyada Komitə sədrinin müşaviri, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, şəhər innovasiyası və şəhər iqlimi ilə bağlı beynəlxalq nəşrlərin müəllifi, Sürix şəhər hökumətinin iqlim elçisi Dunya Kovari-Binggeli, BMT-nin Məskunlaşma Proqramının məsləhətçisi Naomi Hugervorst geniş təqdimatlarla çıxış ediblər.
Təqdimatlar zamanı Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası, ekoloji problemlərin həlli prosesində müasir yanaşmaların tətbiqi, Bakı şəhərinin Baş planının hansı prinsiplər əsasında olacağı, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış prosesi, beynəlxalq əməkdaşlıq, vahid şəhərsalma və memarlıq siyasətinin formalaşdırılması və həyata keçirilməsi, həmçinin digər mövzular ətrafında geniş müzakirələr aparılıb.