Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu.
23-fev, 21:14 229 Gündəm / CəmiyyətSuraxanı rayonu Heydər Əliyev Mərkəzində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlik Vətən müharibəsində həlak olan şəhid baş leytenant Muxtar Qasımlının ad günü münasibəti ilə Anım tədbiri keşirildi. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonu Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, AVMVİB-nin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, gənclər , məktəblilər iştirak etdilər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər, ruhuna dualar oxundu. Anım günü şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmklə və dövlət himninin ifası ilə başlandı. Əvvəlcə şəhid Muxtar Qasımlıya həsr edilmiş maraqlı video film təqdim olundu.Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əzizi Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonu Ağsaqqallar Şurasının sədr müavini, əməkdar incəsəmət xadimi Ağalar Bayramov, AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov çıxış etdilər. Şəhid Muxtar Qasımlının atası Əli Qasımlı və anası Almaz xanım tədbir iştirakşılarına öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirdə gənc idmançılara Fəxri fərmanlar təqdim edildi. Anım günündə məktəblilərin şəhid Muxtar Qasımlıya həsr edilmiş musiqili-bədii çıxışları alqışlarla qarşılandı. Əməkdər artist, müğənni İlkin Əhmədovun canlı ifa etdiyi “Xudayar təsnifi” və “Çırpınırdı Qara dəniz” mahnıları tədbir iştirakçılarının sürəkli alqışlarına səbəb oldu. Tədbirin sonunda qonaqlar şəhid Muxtar Qasımlının valideynləri, şəhid ailələri, qazilər və veteranlarla xatirə şəkilləri çəkdirdilər.
Fərid Faiqoğlu (Səfərov)
“Xezertv.info”-nun rəhbəri, AJB-nin üzvü