Uşaqların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında bildyimiz kimi oyunların böyük bir rolu var


Müasir uşaqları hər zaman alışdığımız oyunlar və oyuncaqlar o qədər də maraqlandırmır. Onları daha çox mobil telefonlar, kompüter oyunları və internet cəlb edir. Kompüter arxasında qəddarlığı, sərtliyi təbliğ edən oyunlara meyilli olması gələcəkdə onlarda bir çox fəsadlara yol açır. Çünki ilk baxışdan adi əlyəncə kimi görünən virtual oyunlar (Məsələn GTA-Grand theft auto, Red Dead Redemption, Manhunt, Postal) əslində uşaqlarda möhkəmlik, dözümlülük deyil, əksinə, qorxaqlıq, çarəsizlik və emosional qeyri - stabillik yaradır.
Uşaq  üçün oyun oynamaq həm onu sevindirir, həm də onların ünsiyyət qurmasına əhəmiyyətli təsir edir. Lakin virtual oyunların fəsadlarını biz müasir həyatımızda çox görürük. Uşaqların  diqqəti yayınır, onlar emosional olaraq çox  gərgin olurlar,halsız və yuxulu və ən vacib məqam da budur ki,real aləmdə bir çox şeydən həzz almırlar.
Oyun zamanı uşaqlar çevikliyi, müşahidəçiliyi, analitik düşüncəni inkişaf etdirirlər.
- Bəs kompüter oyunlarını oynayan uşaqlarda biz nəyi müşahidə edirik?
Onlar hər hansı bir vəziyyət ilə üzləşdiyi zaman çıxış yolu tapa bilmir, heç axtarmağa da cəhd etmirlər. Buna görə də real aləmdə, cəmiyyətdə, məktəbdə, universitetdə və s. onlar heç vaxt rastlaşmadığı bir vəziyyət ilə üzləşəndə özlərini tez itirirlər, məyus olurlar, stressə müqavimətləri aşağı enir və daima kömək gözləyirlər.
Son zamanlar uşaqlar ilə ünsiyyətimdən bu qənaətə gəlirəm ki, uşaqlara qorxulu, adrenalin hormonunu yaradan ssenariyalı filmlər maraqlıdır. Bu tip “action” (əkşn)  onlarda həzz hissini yaradır. Belə halları valideynlər müşahidə edən kimi mütləq mütəxəssislərə müraciət etməlidirlər.
Maraqlı bir fakta nəzər salaq. Qonşu Türkiyədə 2018-ci ildə kompüter oyunları üçün qeydiyyatdan keçənlərin sayı 30 milyona çatıb. Həmin ildə bu oyunlara xərclənən məbləğ 5 milyard lirəni keçib.
Bizim ölkədə kompüter oyunları üçün nə qədər pul xərcləndiyinin statistikası olmasa da, internet kafelər dolub - daşır. Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu həm ailə büdcəsinə, həm də ölkə iqtisadiyyatına ziyan vurur. Hətta çox uzun müddət kompüter oyunları oynamaq ölümlə nəticələnə bilir. Oyunlarda uşaqları intihara sürükləyən sözlər belə var. İnternetdə qurulan dostluqlar uşaqları yanlış mühitlərə yönləndirə bilər. Bu mühitlərdə hətta dərmanlar da satıla bilər. Həm böyüklər, həm uşaqlar təhlükəli oldu-olmadı oyun aludəçisinə çevrilə bilərlər.
​Bu halların olmaması üçün övladlarınızın  təmiz havada olmasına, sağlam qidalanmasına, hər hansı bir hobbiyə yiyələnməsinə, yuxu rejiminə və ən vacib olan daxili gigiyena və dissiplinin olmasınına nəzarət etməliyik.

Klinik psixoloq Nigar Cəbrayılova