MN: Ermənilərin 480 km boyunca izləmə apardığı vasitələr antiterror tədbirlərində sıradan çıxarılıb
01-apr, 10:34 62 GündəmBu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək keçmiş təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı.
Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.