Retro avtomobili ilə qaydaları pozan tanınmış müğənni cərimələndi


Müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
T.Nəsirli qeyd edib ki,  C.Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.
Xatırladaq ki, C.Məmmədov retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.
       
View this post on Instagram                       A post shared by Oxu.Az (@oxuaz)
Nəzrin Vahid