“Bakı Sığorta” vətəndaşları aldadır- FOTOFAKT
29-apr, 20:13 87 Gündəm / Cəmiyyət"Azerinews.az" xəbər verir ki, "Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" şüarlı reklamlarla tez-tez qarşılaşırıq.
Bəli, bu şüara aldanıb hamı özünü qəza və hadisələrdən sığortalayır.
Lakin hadisə baş verdikdə qəzaya hazırlıq vədedən bəzi sığorta şirkətlərinin sığorta pulunu ödəməkdən boyun qaçırmaq üçün bəhanələri saya gəlmir.
Vətəndaş Qocayev Sərxan “Bakı Sığorta” şirkətindən redaksiyamıza şikayət məktubu ünvanlayıb. Vətəndaşın iddiasına görə O, “Bakı Sığorta” şirkətinin yalan vədlərinin qurbanına çevrilib.Məktubda vətəndaş “Bakı” Sığorta şirkətitərəfindən aldadıldığını, hüquqlarının pozulduğunu iddia edir. Öz şəxsi avtombilini sığorta etdirən Qocayev Sərxan bu ilin mart ayının 30 -da Bakı-Qazax yolundaqəzaya düşüb.Hadisə nəticəsində Qocayev Sərxanın avtomobilinə 21 min manat civarında ziyan dəysə də, “Bakı Sığorta” burada da öz xeyrinə işləməyi bacarır. Dəyən ziyan 12 min manat hesablanır.Maşına dəymiş zərəri öz servislərində aradan qaldırmaq adı ilə külli miqdarda vəsaiti mənimsəyirlər.
Sonradan həmin pul sığorta şirkətində kimlərin cibinə qayıdır, bax bu müəmmalı suala cavab axtarışındayıq.
“Bakı Sığorta” şirkətinin müdiri Natiq Quliyev görəsən rəhbərlik etdiyi şirkətin özbaşınalıqlarından xəbərdardırmı???
Hər halda, şirkətdə cərəyan edən hadisələr müdir subyektindən kənar baş vermir.
Maraqlıdır, “Bak Sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar vətəndaşlardan yığılır.
Sərxan Qocayevə məxsus avtomobilə dəyən ziyanın 21 min manat civarında olduğunu “Atəşgah”Sığorta təsdiqləyir. “Atəşgah” sığortanın dəyən ziyanın məbləğini təsdiqləməsinə baxmayaraq, “Bakı Sığorta” dəyən ziyanı inkar edir. Tərkibində olan avtoservislə əlbir olaraq qiymətləndirməni 12 min manat hesablayır.
Avtomobilinə ziyan dəyən şəxsin öz müraciət etdiyi servis və “Atəşkah” sığortanın hər ikisinin dəyən zərərə verdiyi qiymət 20150 manat olduğu halda, “Bakı Sığorta” məbləği öz xeyrinə dəyişir.
Qeyd edək ki, avtomobilin həm icbari, həm kasko sığortası var.
Sərxan Qocayevə məxsus“Range Rover “ markalıavtomobil öz servisində diaqnostika olunub, təmir olunmalıdır. Avtomobilə düzgün diaqnoz qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orijinal ehtiyat hissələrinin olduğu rəsmi servisə yönləndirilməli idi.Lakin hər fürsətdə öz çıxarını güdən, mənfəət arxasınca sürünən sığorta şirkəti vətəndaşı aldatmaq üçün min cür yalana əl atır.
Bu artıq insanlıqdan, işin peşəkarlığından kənar bir hərəkətdir.
“Bakı Sığorta” sayəsində qəza baş verdikdə sığortalı həyatın heç də qəzaya hazırlıqlı həyat olmadığınının şahidi olduq. Bu neqativ halla, sığorta şirkətinin öhdəliklərini yerinə yetirmədiyi faktına vətəndaş Qocayev Sərxanın başına gələn hadisədə əyani şahid olduq.
Müxtəlif üsullarla pul qazanmaq istəyi əksər sahələrə təzahür etdiyi kimi, sığorta şirkətlərindən də yan keçmir. “Bakı” Sığorta şirkəti də vətəndaşları aldatmaq, maxinasiyalar etmək üsuluilə asan pul qazanır.
Onu da vurğulayaq ki, “Bakı Sığorta” şirkəti ən çox şikayət olunan sığorta şirkətləri siyahısında ön sıralardadır.
Qarşı tərəfin mövqeyini tanıyırıq.