COP 29: İqtisadi ekologiyalaşdırma və ekoloji normaların qarşılıqlı əlaqəsi


    İqtisadi ekologiyalaşdırma - Ekonomika (iqtisadiyyat) və ekologiya sözləri arasındakı dərin əlaqə elə adlarından da görünür. Ekologiya yunancadan hərfi tərcümədə – ev, iqtisadiyyat (yun. oikonomike) isə ev təsərrüfatının idarəedilməsi mənasını bildirir.

İqtisadiyyat müasir anlamaya görə istehsal şəraitini və onun formalarını, əmtəə mübadiləsini, o cümlədən onun paylanmasını əhatə edir.

İstənilən ölkənin iqtisadiyyatı çox böyük sistem olub, müxtəlif sahələrdən ibarətdir və bunların hər birində nəsə istehsal olunur. İqtisadiyyatın hər bir halqası, sistemin komponenti kimi başqalarından nə isə almaqla mövcud ola bilər.

İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat ümumekoloji göstəricilərdən nisbətən sərbəst inkişaf etmişdir. Lakin cəmiyyət həmişə təbii ehtiyatlardan və biosferin vəziyyətindən asılı olmuşdur. Sadəcə olaraq bu asılılıq iqtisadi sistemlərdə nəzərə alınmamışdır.

İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks təsiri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır.

Ekoloji böhran, əslində ənənəvi iqtisadi siyasətin nəticəsidirEkoloji böhranın bilavasitə səbəbi dar düşüncə ilə qazanc dalınca qaçmaqdır, yəni bu halda təkcə fəhlə qüvvəsi deyil, təbii ehtiyatlar da istismar edilir, məhsulun maya dəyəri mühitin çirklənməsi hesabına aşağı salınır.

Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalı, qazanc qanunlarına yer olmamalıdır. Bu o deməkdir ki, iqtisadiyyat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurulmalıdır.

Müxtəlif təbii ehtiyatlardan istifadə (yəni onların tükənməsi), o cümlədən mühitin müəyyən dərəcədə çirklənməsi istənilən iqtisadi fəaliyyət zamanı zəruridir. Bu bilavasitə istehsal prosesləri və istehlak ilə bağlıdır. Məsələn, atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip avtomobil mühərrikləriklərində yandırılan yanacağın kəmiyyət və keyfiyyətindən asılıdır; çirklənmiş suyun bizim göl və çaylarımıza axıdılması polad, kağız, parça və s. istehsalının səviyyəsindən asılıdır. Çünki suların miqdarı hər bir halda konkret sahənin texnoloji səciyyəsi ilə müəyyən edilir.

İqtisadiyyatçı yeni texnologiya kəşf edə bilməz. Lakin o texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəticələrini (mühitin çirklənməsinin azalma, ya çoxalmasını, təbii ehtiyatların istifadəsini) izah və ya xəbərdarlıq edə bilər.

O, ekoloji nəticələrin müxtəlif mal və xidmətlərin qiymətinə təsirini bilməyə borcludur. İstehsalın müxtəlif sahələrinin rəhbərləri təkcə təbii sərvətlərdən istifadəyə görə deyil, onların törətdiyi çirklənmənin aradan götü- rülməsinə görə də maliyyə məsuliyyəti daşımalıdır.

İqtisadiyyatın ekologiyalaşdırılması həm ictimai istehalın əsas istiqamətlərində, həm də əhali tərəfindən istehlakın xarakter və mədəni səviyyəsində dəyişikliklərin edilməsini tələb edir.

İqtisadiyyatın ekologiyalaşdırılmasının bu gün üçün ən vacib zəmini

aşağıdakılardır:

  • təbiətdən səmərəli istifadənin hüquqi və təşkili şəraitinin

formalaşması;

  • iqtisadiyyatı təbiətqoruyucu əsasa keçirməkdən ötrü elmi-texniki

potensialın yaradılması;

  • ictimai istehsalın dəyişdirilməsi; onun son istehlak məhsulunun

artırılmasına doğru istiqamətləndirilməsi,

«istehsal xatirinə istehsal» minimuma endirilməli;

  • qapalı istehsal tsikllərinin yaradılması və istehsal tullantılarının

minimuma endirilməsi;

  • təbii ehtiyatların tam dəyərini göstərmək məqsədilə məhsul

istehsalının uçot sisteminin tənzimlənməsi. Təbii mühitin vəziyyətini adi istehlakçılar, iş adamları, fermerlər müəyyən edir. Ona görə də cəmiyyət tərəfindən yeni istehsalın yaradılması, alternativ ehtiyatlardan istifadə edilməsi haqqında qərarların qəbulunda cəmiyyətin bütün təbəqələrinin əməkdaşlığına arxalanan yeni iqtisadi siyasətin qəbul edilməsi vacibdir.

Davamlı inkişafın əsasını açıq rəqabətli bazar təşkil edir ki, burada

qiymətlər sərvətlərin dəyərini əks etdirir. Davamlı inkişaf sürətlə artan əhalinin tələblərini ödəmək üçün əmtəə istehsalının və xidmətlərin genişləndirilməsini tələb edir.Bu zaman təbii ehtiyatlardan istifadə səmərəli, istehsal prosesləri və istehlak ekoloji baxımdan təmiz olmalıdır. Yalnız hökumət qərarları ilə davamlı inkişaf konsepsiyasını tənzimləmək mümkün deyildir, belə ki, istehal və istehlakda milyardlarla insan iştirak edir. Dövlət davamlı inkişaf üçün zəmin və şərait yaratmalıdır.

Azad bazarlar davamlı inkişafın əldə edilməsi üçün stimul ola bilər. Əgər ehtiyatların qiyməti obyektiv müəyyən edilmişsə, rəqabət mübarizəsi istehsalçıları ehtiyatlardan qənaətlə istifadə etməyə məcbur edəcəklər. Əgər ətraf mühitin çirklənməsi sahibkarlar tərəfindən istehsal üçün «itirilmiş» sərvətlərlə eyniləşdirilərsə, onda qiymətin aşağı salınmasına çalışmaq istehsalçıları zərərli tullantıları azaltmağa məcbur edəcəkdir, bu, xüsusilə ekoloji çirklənmənin nəticələrini aradan götürdükdə, yaxud cərimə ödədikdə çəkilən xərclərlə əlaqədar olacaqdır. Rəqabət mübarizəsi, azad bazar iqtisadiyyatı üçün səciyyəvi olub, yeni texnologiyaların yaradılmasının əsas amilidir. Yeni texnologiyalar isə ehtiyatlardan daha səmərəli istifadə etmək üçün zəruridir.

Dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyərinə daxil edilmək yollarını müəyyən etməsidir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edilməsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə ediləcəkdir, nəticədə çirklənmə dərəcəsi artmaqda davam edəcəkdir.

Ekoloji normalar - dövlətlər ətraf  mühitin mühafizəsinin uyğun normalarını müəyyən edir, ətraf  mühitin keyfiyyətində dəyişikliklər və sərvətlərindən istifadə üzərində monitorinq tətbiq edir, həmçinin əldə edilmiş məlumatları nəşr etdirir.

Dövlətlər qabaqcadan ekoloji qiymətləndirməni hazırlayır, yaxud təklif olunan fəaliyyət növü ilə əlaqədar onları həyata keçirir bu da öz növbəsində xeyli miqdarda ətraf mühitə təsir göstərə bilər, yaxud hər hansı bir təbii sərvət növündən istifadə edə bilər.

Ilkin xəbərdarlıq – Planlaşdırılmış fəaliyyət, fəaliyyətin müəyyən dərəcədə toxunduğu bütün şəxslərə dövlət tərəfindən əvvəlcədən xəbərdarlıq edilir, onların inzibati və məhkəmə məsələlərində hüquqları qorunur.

Davamlı inkişaf və kömək – Dövlətlər ətraf mühitin qorunmasının, planlaşdırmanın tərkib hissəsi kimi baxıldığı şəraiti təmin edir, başqa ölkələrə, xüsusən də inkişaf  etməkdə olan ölkələrə ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilməsində köməklik göstərirlər.

Ümumi əməkdaşlıq borcu – Dövlətlər yuxarıdakı hüquq və vəzifələrin həyata keçirilməsi üçün başqa dövlətlərlə əməkdaşlığa çalışırlar. 

Hüquqi dövlətdə insanlar arasında münasibət hüquq normasını ifadə edən və hamı üçün məcburi olan qanunların köməyi ilə tənzimlənir. İnsanların təbiəti yenidən dəyişdirici fəaliyyəti hüquqla qaydaya salınmışdır. Sağlam ətraf mühit hüququ yeni nəsilə məxsusdur. Onun ayrı-ayrı ölkələrin konsititusiyasına daxil edilməsi bütün dövlətləri düşünülməmiş ekoloji hərəkətlərə görə məsuliyyət daşımağa məcbur edir.



Azərbaycan Dövlət İqtisad Universiteti,

İqtisadiyyat və İdarəetmə fakültəsi,

Dövlət və Bələdiyyə idarə edilməsi ixtisası,

Qrup 508, III kurs, İncel Ece Mehmet qızı.