Makrona tabutlarla etiraz etdilər
02-iyn, 20:27 80 GündəmFransada Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, polis üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb.
Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb.
Onların bolqar, ukraynalı və almanəsilli şəxslər olduğu qeyd olunub.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərəcəyi barədə açıqlama verib.