Parisdə bayram namazı qılan müsəlmanlar atəşə tutuldu - Xəsarət alan var
17-iyn, 11:37 55 GündəmFransanın paytaxtı Parisdə Qurban bayramı namazı qılınarkən iki nəfər müsəlmanlara atəş açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Qeyd olunub ki, insidentdə müsəlmanlardan biri ağır yaralanıb.
Şəhər Prokurorluğu tərəfindən “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə istintaq başlanılıb:
“Bir nəfər yaralanıb, hadisəni törədənlər qaçıb. Onun axtarışları davam edir”.