Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi
07-iyl, 11:53 57 GündəmBöyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, diplomat Almaniyada xarici səfərdədir.
“Avropa müttəfiqləri ilə münasibətlərimizi yenidən qurmağın vaxtı gəldi. Məhz buna görə xarici işlər naziri olaraq ilk səfərimlə Almaniyadayam”, - Lemmi deyib.
O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə ümumi təhdidlərə qarşı çıxmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.