Həmin körpə günlərlə bu kafedə qalıbmış - Video


Xəbər verdiyimiz kimi, dünən Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib. 
“Qafqazinfo”nun məlumatına görə, körpə və ananın günlərlə yaşadığı kafenin görüntüləri ortaya çıxıb.
Qonşuların dediyinə görə, körpənin anası həmin kafedə çalışırmış. Bir neçə dəfə onlara uşaqların əkiz doğulduğunu, onlardan birinin öldüyünü deyib.
Qeyd edək ki, Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdiriliblər. 
Yenidoğulmuşun vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: