Unun qiyməti nə qədər ucuzlaşıb? - Şirkətlərdən açıqlama


Azərbaycanda unun ucuzlaşması ilə bağlı məlumatlar yayılıb.

Məlumatda ötən ayla müqayisədə hazırda unun topdansatış qiymətinin endiyi bildirilir. Şirkət rəhbərləri 50 kiloluq un kisələrinin qiymətinin ən azı 1 manat endiyini deyiblər.
 
Qaynarinfo bununla bağlı bəzi böyük un istehsalı ilə məşğul olan şirkətlər arasında sorğu aparıb.

"Karat Holdinq" MMC-dən verilən məlumata görə, 50 kiloluq un kisəsinin qiyməti hazırda 27 manat 05 qəpikdir.

"Karmen” MMC-dən verilən məlumata görə, 50 kiloluq un kisəsinin hazırkı qiyməti 6 manat 95 qəpik təşkil edir.

"Dəvəçi-Dəyirman" MMC isə 50 kiloluq un kisəsini 27 manata təklif edir.

Bahar Rüstəmli