JURNALİSTİKADA ONUN DA İZİ VAR


Hər kəs həyatda Uca Tanrının bəxş etdiyi bir ömrü yaşayır. Kimisi öz əməlləri ilə, yaşadığı həyat  tərzi ilə həm həyatı mənalandırır, həm başqalarına örnək olur. Qələminə, şəxsiyyətinə hörmət ebəslədiyim jurnalist  həmkarım Zahid Həbiboğlu (Səmədov) da belə insanlardandır.

 Zahid  Həbiboğlunun mətbuatımızda  xidmətləri yetərincədir.   Bu sahədə  onun özünəməxsus  dəsti-xətti vardır. Daha çox  ictimai əhəmiyyət kəsb edən mövzulara müraciət  edən Z.Həbiboğlu üzlərlə  analitik təhlilli  və araşdırma yazıların  müəllifidir. Onun  qələmə aldığı  yazıları həm qəzet və jurnallarda, həm də sosial şəbəkələrdə yetırincə yayımlanıb.

Zahid müəllim cox istedadlı jurnalistdir.   Araşdırmaları  qərəzsiz və obyektivdir, onların hər biri fakta söykənir.  O, jurnalistika sahəsi ilə bağli bir cox tədbirlərin iştirakçısı olmuş, dəfələrlə  müxtəlif qurumların, qeyri-hökumət təşkilatlarının sertifikatları, diplomları, fəxri fərmanları ilə təltif olunmuşdur. 

Onu da deyim ki, Zahid müəllim həm də dostcanlıdır. Xoş rəftarı, səmimiyyəti ilə hamımızın yanında hörmət və izzət qazanıb.

Jurnalistikada özünəməxsus izi olan Zahid Həbiboğlu  Azərbaycan  Jurnalistlər Birliyinin üzvü, "Xeber24.media" saytının təsisçisi və redaktorudur.

Doğum günü münasibətilə qələm dostumuzu və həmkarımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!


Şamil CƏFƏRLİ,

AJB- nin üzvü, Uluses.az-ın təsisçisi  və baş redaktoru