Azərbaycanın intibahı bu tarixdən başladı

Azərbaycanın intibahı bu tarixdən başladıGələcəyə gedən Böyük Yol.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirmişdir.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Müstəqillik haqqında aktın qəbul olunmasının 30-cu il dönümündə biz  həm müstəqilliyimizin bərpasının 30-cu il dönümünü , həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin birinci ildönümünü qeyd edirik. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur.
Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir..Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi.
Nəhayət, 19-20 sentyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı şanlı ordumuz antiterror əməliyyatları keçirərək böyük tarixlərdən birinə, Xankəndi şəhərinə üçrəngli bayrağımızı sancdılar. Bəli, Azərbaycan bir-birinin ardınca qələbə və zəfər tarixlərini əbədiyyətə yazdı...


Pərvanə Mirzə qızı İmanquliyeva
Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri
“El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri,
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP-nın sədri