Builki Həcc ziyarətinin qiyməti açıqlandı

Builki Həcc ziyarətinin qiyməti açıqlandı
    

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.

    


        

    

Qaynarinfo xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

    


        

    

Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

    


        

    

Tələb olunan sənədlər:

    


        

    

1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

 
    


        

    

2. Şəxsiyyət vəsiqəsinin surəti;

    


        

    

3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

    


        

    

4. Sağlamlıq haqqında arayış.

    


        

    

Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.