Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək

gurcustanda-milli-tehlukesizlik-surasi-legv-edilecek
Gürcüstanda sentyabrın 1-dən Milli Təhlükəsizlik Şurası ləğv ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “İmedi” telekanalı yayıb. 
Bildirilib ki, hökumət müvafiq qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edib.
Məlumata görə, MTŞ-nin funksiyalarını hökumət icra edəcək.