“Barselona” rəhbərliyinin səbir kasası daşdı: Kuman istefaya göndərildi
28-okt, 10:40 192 İdman“Barselona” klubunun niderlandlı baş məşqçisi Ronald Kuman tutduğu postdan kənarlaşdırılıb.
Oxu.az xəbər verir ki, bu gecə Kataloniya klubunun rəhbərliyi 58 yaşlı mütəxəssisin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Qərar İspaniya La Liqasının XI turunda “Rayo Valyekano” ilə oyundan sonra verilib.
Səfərdə 0:1 hesablı məğlubiyyətin ardından “Barselona” prezidenti Xuan Laporta R.Kumanın istefaya göndərildiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəlki turda “Barselona” evdə Madrid “Real”ına 1:2 hesabı ilə uduzub.
Hazırda “Barselona” futbol üzrə İspaniya çempionatında 10 görüşdən sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.