İki vəkil Kollegiyadan xaric edilir
11-iyl, 13:37 85 KriminalVəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.
Yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub.
Müvafiq rəylə 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla, Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi qərarı qəbul edilib.