Yeniyetmə qızdan şantajla 8400 manat aldı - Tutuldu
13-sen, 15:37 45 KriminalBakıda yeniyetmə qızdan hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər RPİ-nin keçirdiyi tədbirlərlə yetkinlik yaşına çatmayan qıza hədə-qorxu gələrək pul vəsatini ələ keçirməkdə təqsirli bilinən Toğrul İsmiyev saxlanılıb.
Müəyyən edilib ki, T.İsmiyev instagramda tanış olduğu həmin şəxsin fotoşəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacağı ilə hədələyib. O, müxtəlif vaxtlarda zərərçəkəndən ümumilikdə 8 400 manat alıb.
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.